Bölgələrdə Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

Xəbərlər / 23.02.2021 / 15:40

Fevralın 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK)  İmişli bölgəsi üzrə şöbəsinin  təşkilatçılığı ilə  Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar  videokonfrans  formatında tədbir keçirilib.

Tədbirdə  aidiyyəti qurumların nümayəndələri, dini icma sədrləri, din xadimləri və gənclər   iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə  Xocalı soyqırımı qurbanlarının  və Vətənimizin  azadlığı, müstəqilliyi, suverenliyi  uğrunda  canlarından keçmiş   bütün  şəhidlərimizin   əziz xatirəsini   bir dəqiqəlik sükutla yad ediblər.

Daha sonra  tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə  şöbəsinin  müdiri Cavanşir  Bəhrəmov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş Xocalı faciəsinin təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəldilmiş ən ağır soyqırım cinayətlərindən biri olduğunu qeyd edib.

 Sabirabad   Rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir  Quliyev Xocalı faciəsinin ağır nəticələrindən, ermənilərin törətdiyi vəhşiliklərdən, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təcavüzkar və işğalçı siyasətindən söz açaraq  Xocalıda baş verənlərin bəşəri cinayət olduğunu vurğulayıb.   

Saatlı Rayon  İcra Hakimiyyəti  başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı  Elşən Əzizov  Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər və Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinin nəzərinə çatdırılması üçün görülməsi vacib olan işlərə toxunub.  

 Daha sonra  çıxış edənlər  Xocalı haqqında həqiqətlərin üzə çıxarılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti tərəfindən bütün zəruri addımlar atıldığını bildiriblər. 

***     ***       ***

23 fevral tarixində Xocalı soyqırımına həsr olunmuş digər videokonfrans Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə keçirilib.

"Xocalı Soyqırımını Unutmayaq" adlı tədbirdə müxtəlif qurumların nümayəndələri, Mingəçevir şəhər din xadimləri və YAP Mingəçevir şəhər təşkilatı Gənclər Birliyinin fəal üzviləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Dövlət Komitəsinin əməkdaşı Əlisa Fərəcov 1992-ci ilin 26 fevral tarixində amansızlıqla törədilmiş Xocalı hadisəsində minlərlə soyadışımızın şəhid olduğunu, itkin düşdüyünü qeyd edib. Xocalı faciəsinin əsl siyasi-hüquqi qiymətini Ümummilli Lider Heydər Əliyevin sayəsində aldığını vurğulayaraq məhz 44 gün davam edən Vətən müharibəsində qəhrəman hərbçilərimizin Xocalı qurbanlarının qisasını aldıqlarını və bundan sonrada tarix var olduqca xalqımızın bu müsibətli faciəni unutmayacağını bildirib.

 Daha sonra çıxış edən Mingəçev Turizm Kollecinin müəllimi Elşad Səmədov 29 il bundan öncə vəhşi erməni qəsbkarlarının Xocalıda azərbaycanlılara qarşı dünyada misli görünməmiş faciə törətdiklərini qeyd edib.  O, eyni zamanda Xocalının Qarabağ üçün strateji əhəmiyyətindən danışıb.

Tədbirdə çıxış edən Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli və Mingəçevir şəhəri "Heydər" məscidinin imam müavini Müşfiq Nəcəfov da xalqımızın başına gətirilən bu müsibətli soyqırımı barədə danışıblar.  

 


Son baxılan xəbərlər

Tovuzda “İşıqlı gələcək naminə narkomaniyaya “yox” deyək” mövzusunda tədbir keçirilib

Press-relizlər
29.01.2020 / 11:43
Ətraflı oxu

Əliheydər Zülfüqarov: "“Fatimeyi-Zəhra” məscidi sökülməyəcək, əksinə orada icma yaradılacaq"

Açıqlama
06.02.2017 / 17:03
Ətraflı oxu

Bölgələrdə “İnsan hüquqları aylığı” çərçivəsində tədbirlər keçirilib

Press-relizlər
07.06.2016 / 17:02
Ətraflı oxu

Şamaxıda “Azərbaycanın dini-mədəni abidələrinə qarşı erməni vəhşiliyi” mövzusunda konfrans keçirilib

Press-relizlər
04.07.2018 / 09:40
Ətraflı oxu

Lənkəranda maarifləndirici tədbir keçirilib

Press-relizlər
13.02.2018 / 15:59
Ətraflı oxu

Bakıda “İslam sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumu keçirilir

Press-relizlər
12.07.2019 / 09:16
Ətraflı oxu