Lənkəranda “Həzi Aslanov 111: Vətənin qəhrəman oğlu” mövzusunda onlayn formatda videokonfrans keçirilib

Press-relizlər / 22.01.2021 / 10:58

Yanvarın 22-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Lənkəran şəhəri Həzi Aslanovun ev muzeyinin birgə təşkilatçılığı ilə iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun anadan olmasının 111 illiyinə həsr edilmiş “Həzi Aslanov 111: Vətənin qəhrəman oğlu” mövzusunda onlayn formatda videokonfrans keçirilib. 

Videokonfransda DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, şöbənin əməkdaşları, Lənkəran şəhəri Həzi Aslanovun ev muzeyinin direktoru Cəmilə Şərifova və Lənkəranda fəaliyyət göstərən dini icma sədrləri və din xadimləri iştirak ediblər.

Əvvəlcə Şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib, ruhlarına dualar oxunub.

Çıxışlar zamanı faşist Almaniyasına qarşı aparılan müharibədə və qələbənin əldə edilməsində Həzi Aslanovun mühüm xidmətlərinin olduğu vurğulanaraq 2020-ci ildə H.Aslanovun anadan olmasının 110 illiyi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı diqqətə çatdırılıb.

Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə cənub bölgəsinin gəncləri arasında Həzi Aslanovun həyat və fəaliyyətinə həsr edilmiş müsabiqənin keçirildiyi qeyd edilib. H.Aslanovun 110 illiyinin keçirildiyi 2020-ci ildə  müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan ordusunun düşmən üzərində qələbə qazanaraq tarixi torpaqlarımızın geri alındığı iftixarla vurğulanıb.

 


Son baxılan xəbərlər

Lənkəranda 2019-cu ilin yekunları və qarşıda duran vəzifələrə həsr edilmiş tədbir keçirilib

Press-relizlər
31.01.2020 / 17:57
Ətraflı oxu

Qaxda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
11.11.2019 / 17:36
Ətraflı oxu

DQİDK sədri: Zəngilan rayonunda yerləşən erməni təcavüzünün qurbanına çevrilmiş məsciddəki videogörüntü erməni vandalizmini bir ...

Açıqlama
23.10.2020 / 14:46
Ətraflı oxu

“Həmrəylik – dini radikalizm və ekstremizmə qarşı mübarizədə effektiv vasitə” mövzusunda tədbir keçirilib

Press-relizlər
09.01.2018 / 11:47
Ətraflı oxu

Zərdabda "Aprel şəhidləri - Azərbaycan gəncliyinin qüruru" adlı maarifləndirici tədbir keçirilib

Press-relizlər
13.04.2018 / 17:21
Ətraflı oxu

Azərbaycanla İran arasında din və mədəniyyət sahələrində əlaqələr yüksək səviyyədədir

Press-relizlər
12.05.2016 / 16:34
Ətraflı oxu