Balakəndə 2020-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr edilmiş videokonfrans keçirilib

Press-relizlər / 21.01.2021 / 16:33

Yanvarın 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi, Balakən Rayon İcra Hakimiyyəti (RİH) və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) birgə təşkilatçılığı ilə 2020-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr edilmiş videokonfrans keçirilib.

Videokonfransda DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev və şöbənin əməkdaşları, Balakən RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Fariz Nəcəfov, QMİ-nin  Balakən rayon qazısı İbrahim İbrahimov və rayonda fəaliyyət göstərən dini icma sədrləri və din xadimləri iştirak ediblər.

Əvvəlcə şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Çıxışlar zamanı dini icma sədrlərinə və din xadimlərinə koronavirus pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında fəaliyyət göstərən Operativ Qərargahın qaydalarına əməl edilməsinin vacibliyi bir daha qeyd edilib. Ötən ildə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsi tərəfindən aparılan monitorinqlərin nəticəsinə görə, karantin dövründə rayon məscidlərində və ziyarətgahlarda, dəfn mərasimlərində neqativ halların qeydə alınmadığı vurğulanıb, dini icmalar tərəfindən aztəminatlı ailələrə maddi və ərzaq yardımının göstərildiyi bildirilib. Həmçinin 44 günlük Vətən müharibəsində qəhrəmancasına canından keçən şəhidlərimizin dəfn mərasimlərində din xadimlərinin fəal şəkildə iştirak etməsi diqqətə çatdırılıb.

Tədbirin sonunda 2021-ci ildə Balakən rayonunun dini icmaları qarşısında duran vəzifələr barəsində də fikir mübadiləsi aparılıb, din xadimləri, dini icma sədrləri ilə qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi qeyd edilib.


Son baxılan xəbərlər

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
06.11.2019 / 15:57
Ətraflı oxu

Dini radikalizmlə mübarizədə din xadimlərinin rolu müzakirə edilib

Press-relizlər
07.04.2017 / 11:16
Ətraflı oxu

Ağcabədidə “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda seminar-treninq keçirilib

Xəbərlər
27.11.2018 / 15:20
Ətraflı oxu

Ağdamda “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda seminar-treninq keçirilib

Press-relizlər
18.05.2018 / 15:15
Ətraflı oxu

Salyanda “Şəhadət” sənədli filmi nümayiş etdirilib

Press-relizlər
19.04.2018 / 16:24
Ətraflı oxu

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi gəncləri növbəti könüllü fəaliyyətə dəvət ...

Xəbərlər
04.03.2020 / 11:14
Ətraflı oxu