
Press-relizlər / 21.01.2021 / 10:36
Yanvarın 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi, Göyçay şəhər Heydər Əliyev Mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Göyçay nümayəndəliyinin birgə təşkilatçılığı ilə "20 Yanvar qan yaddaşımızdır" mövzusunda videokonfrans keçirilib.
Tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, şöbənin əməkdaşları, təhsil, mədəniyyət işçiləri və aktiv fəaliyyəti ilə seçilən gənclər iştirak ediblər.
***
Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsi və Zərdab rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə "20 Yanvar faciəsi qəhrəmanlıq tariximizdir" mövzusunda da onlayn tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, şöbənin əməkdaşları, Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşları, Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova, təhsil, mədəniyyət işçiləri, və aktiv fəaliyyəti ilə seçilən gənclər iştirak ediblər.
Tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçərək şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi anılıb. Çıxışlar zamanı qeyd edilib ki, Azərbaycan xalqı öz canı bahasına azadlığı, müstəqilliyi uğrunda mübarizə aparıb və qəhrəmanlıq nümayiş etdirib. Xalqımız bununla Vətənimizin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, şəhid vermək əzmini bütün dünyaya sübut edib.
***
20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş başqa bir tədbir isə yanvarın 20-də Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsi, Şamaxı Rayon İcra Hakimiyyəti, Qobustan Rayon İcra Hakimiyyəti və Qafqaz Müsəlmanları İdarəsinin Şamaxı bölgəsi üzrə qazılığının birgə təşkilatçılığı ilə “Şəhidlik məqamı və 20 Yanvar şəhidləri” mövzusunda keçirilib.
Çıxışlar zamanı 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Bakıda dinc əhaliyə qarşı törədilən kütləvi qırğın barədə məlumat verilib. Diqqətə çatdırılıb ki, ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi yolunda canlarını fəda etmiş şəhidlərin, günahsız Qanlı Yanvar qurbanlarının şücaəti daim yüksək qiymətləndirilir, onların ruhuna ehtiram göstərilir.
Sonda Vətən uğrunda canından keçən şəhdilərimiz üçün dualar oxunub.