Yevlaxda "20 Yanvar qan yaddaşımızdır" mövzusunda videokonfrans formatında tədbir keçirilib

Press-relizlər / 18.01.2021 / 11:56

Yanvarın18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə "20 Yanvar qan yaddaşımızdır" mövzusunda videokonfrans formatında tədbir keçirilib. Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev, şöbənin əməkdaşları, təhsil, mədəniyyət işçiləri, YAP Yevlax rayon təşkilatının və Yevlax Şəhər Gənclər və İdman idarəsinin əməkdaşları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan şöbə müdiri Natiq Əfəndiyev ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçərək şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsini anaraq, onlara Allahdan rəhmət diləyib. O, 1990-cı ilin 20 Yanvar hadisələrinin Azərbaycan xalqının suveren, demokratik dövlət yaratmaq istəyini qırmaq məqsədilə törədildiyini və bu hadisənin tariximizə həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yazıldığını bildirib. Natiq Əfəndiyev ölkəmiz üçün belə çətin bir zamanda yenə Ulu Öndər Heydər Əliyevin həyatını təhlükə altına qoyub Moskvadakı Azərbaycan nümayəndəliyinə gedərək xalqımızın başına gətirilmiş faciəni bütün dünyaya çatdırmasını vurğulayaraq, hadisəyə ilk siyasi-hüquqi qiymətin də məhz 1991-ci ilin noyabr ayında Heydər Əliyevin Naxçıvan Ali Sovetinə rəhbərlik etdiyi vaxtda verildiyini qeyd edib.

Tədbirdə, həmçinin Bərdə regional Mədəniyyət idarəsinin Yevlax rayonu üzrə nümayəndəsi Rafiq Məmmədov, Yevlax şəhər Heydər Əliyev Mərkəzinin direktoru Aygün Qasımova, Yevlax şəhər 5 saylı orta məktəbin direktoru Zərxanım Əhmədova, şəhər Gənclər və İdman idarəsini əməkdaşı Rövşən Musayev və başqaları çıxış ediblər.


Son baxılan xəbərlər

XX əsrin dəhşətli faciəsi olan Xocalı soyqırımından 27 il keçir

Xəbərlər
26.02.2019 / 09:54
Ətraflı oxu

Bölgələrdə Xocalı faciəsinin anım günü ilə bağlı tədbirlər keçirilib

Xəbərlər
25.02.2021 / 11:30
Ətraflı oxu

Bakıda “Dinlərarası və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru” mövzusunda beynəlxalq konfrans keçirilib

Press-relizlər
05.03.2019 / 17:45
Ətraflı oxu

Zəfərə gedən yol: milli birlik və dini həmrəylik

Xəbərlər
17.11.2020 / 10:13
Ətraflı oxu

Sabirabadda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
15.03.2019 / 15:13
Ətraflı oxu

Ağstafada “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda keçirilən ikigünlük seminar-treninq başa çatıb

Press-relizlər
26.04.2018 / 12:29
Ətraflı oxu