
Press-relizlər / 27.11.2020 / 16:25
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsinin təşkilatçılığı və Saatlı rayonunda fəaliyyət göstərən dini icmaların sədrləri, eləcə də din xadimlərinin iştirakı ilə videokonfrans keçirilib.
Noybarın 27-də keçirilən tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbənin əməkdaşı Elvin İbrahimov, rayonun dini icma sədrləri və din xadimləri iştirak ediblər. Əvvəlcə konfrans iştirakçıları Vətən müharibəsində ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərimizi bir dəqiqəlik sükutla yad ediblər.
Çıxışlar zamanı qeyd edilib ki, coronavirus pandemiyasına (COVİD 19) qarşı ölkəmizdə görülən preventiv, profilaktiv tədbirlər, bu istiqamətdə vətəndaşların üzərinə düşən vəzifələr müzakirə olunub. O da vurğulanıb ki, hər bir din xadimi xüsusi karantin rejiminin tələblərinə riayət etməlidir. Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.