DQİDK-nın sədr müavini Gündüz İsmayılov: "Bütün tarixi-dini abidələrimiz, məscidlərimiz, eləcə də alban kilsələri bərpa ediləcək"

Press-relizlər / 24.11.2020 / 10:25

“Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin apardığı araşdırmalara əsasən, Azərbaycanın işğaldan azad edilən ərazilərində 67 məscid olub. Onlardan 66-ı dağıdılıb”. Bunu Azvision.az -a açıqlamasında Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib. Onun sözlərinə görə, yalnız bir məscid - Şuşa şəhərindəki Yuxarı Gövhər Ağa məscidi məqsədyönlü şəkildə saxlanılıb və orada yüngülvari təmir işləri aparılıb.

“Ermənistanın məkrli planına əsasən, Şuşa məscidi saxlanılıb və İslam aləminə, bütün dünyaya təqdim ediləcəkdi ki, guya “Ermənistan məscidləri dağıtmır” və “Ermənistanın islam dünyası, müsəlmanlarla problemi yoxdur”. Buna nümunə olaraq Yuxarı Gövhər Ağa məscidini göstərirlər. Lakin onların məkrlərinə baxın ki, həmin məscidi İran məscidi kimi qələmə verirdilər”.

G.İsmayılov qeyd edib ki, işğaldan azad olunan ərazilərdə tarixi-dini abidələrimizlə bağlı Ermənistanın siyasətində üç əsas məqam dayanır: tarixi-dini abidələri özününküləşdirmək, özgəninkiləşdirmək və dağıtmaq: “Özgəninkiləşdirmək deyəndə Yuxarı Gövhər Ağa məscidini nəzərdə tuturam. Özününküləşdirdikləri isə Qafqaz Albaniyasının yadigarı olan alban məbədləri idi. Ermənilər bunları qriqoryanlaşdırmışdılar. 192 ziyarətgahımız olub və onların hamısı dağıdılıb. Bir neçə məsciddən donuz saxlamaq üçün istifadə ediblər. Biz bunu Ağdam Cümə məscidi, Qubadlı rayonundakı Məmər məscidi və digərlərində gördük. Prezident İlham Əliyev Cocuq Mərcanlıda Şuşa məscidinin bənzəri olan məscidin açılışında demişdi ki, “ermənilər bizim məscidləri dağıda bilərlər, amma onları bizim ürəyimizdən silə bilməzlər. Biz o məscidlərin hamısını işğaldan azad edəcəyik və bərpa edəcəyik”. Bu gün həmin məscidlər işğaldan azad olunub və həmin məscidlər mütləq bərpa ediləcək. Təbii ki, onların hamısını olduğu kimi bərpa etmək mümkün olmayacaq. Çünki elə dağıntılardır ki, bərpa etmək çətin olar”.

Komitə sədrinin müavini vurğulayıb ki, istənilən halda bütün tarixi-dini abidələrimiz, o cümlədən, məscidlərimiz, eləcə də alban kilsələri bərpa ediləcək: “Bununla bağlı Azərbaycan dövləti əlindən gələni əsirgəməyəcək. Öncə ərazilərimiz minalardan təmizlənməli, təhlükəsizlik təmin edilməlidir, daha sonra tarixi abidələrimizin bərpası ilə yanaşı, məscidlərimiz də bərpa ediləcək. Yuxarı Gövhər Ağa məscidini qismən təmir etsələr də, ermənilər məqsədli şəkildə digər alban məbədlərində olduğu kimi orada müəyyən dəyişiklər ediblər. Lakin bunların hamısı əvvəlki vəziyyətinə qaytarılacaq. Qafqaz Müsəlmanları İdarəsinin həm Ağdam, həm də Şuşa üzrə rəsmi təyin olunmuş din xadimləri var. Ağdam üzrə QMİ-nin din xadimi Hacı Barat, Şuşa üzrə isə Hacı Mirabdulladır-, deyə Gündüz İsmayılov əlavə edib.

 

Son baxılan xəbərlər

Prezident İlham Əliyev Sabunçu rayonunda hərbçilərə yeni mənzillərin verilməsi mərasimində iştirak edib

Xəbərlər
17.12.2018 / 16:49
Ətraflı oxu

“Sağlam həyat naminə narkomaniyaya “Yox” deyək” adlı tədbir keçirilib

Press-relizlər
16.04.2018 / 15:57
Ətraflı oxu

Dövlət Komitəsinin sədri ABŞ nümayəndə heyətinin üzvləri ilə görüşüb

Press-relizlər
12.11.2019 / 15:43
Ətraflı oxu

Dövlət Komitəsinin sədri ABŞ yəhudi təşkilatlarının nümayəndələri ilə görüşüb

Press-relizlər
30.10.2019 / 15:54
Ətraflı oxu

Zaqatalada “Dini maarifçiliyin təşkilində qadınların yeri və rolu” mövzusu müzakirə olunub

Xəbərlər
19.11.2019 / 15:02
Ətraflı oxu

Mərakeşdə "Müsəlman dünyasında dinlərarası dialoq və mədəniyyətlərarası anlaşmanın təşviqi modelləri" mövzusunda konfrans keçirilib

Press-relizlər
16.05.2015 / 10:31
Ətraflı oxu