"Dövlət və Din" ictimai fikir toplusunun növbəti sayı işıq üzü görüb

Press-relizlər / 18.11.2020 / 10:50

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəşri olan "Dövlət və Din" ictimai fikir toplusunun cari ildə üçüncü sayı çapdan çıxıb.

Jurnalın bu sayında Prezident İlham Əliyevin Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsi, Azərbaycanın yəhudi icmasına təbriki öz əksini tapıb.

Eyni zamanda nəşrdə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının “Müasir qlobal çağırışılar və Azərbaycan dövlət-din modeli” adlı məqaləsi, həmçinin digər müəlliflərin araşdırma yazıları dərc olunub.  İctimai fikir toplusunun maraqlı rubrikalarından olan "Tarixə pəncərə" bölməsində “İslam yazı mədəniyyətinin formalaşmasında Həzrət Məhəmməd və Raşidi xəliflərinin rolu”, “Milli-mənəvi dəyərlərimiz arxeoloji materiallarda” və.s məqalələr işıq üzü görüb.  Rəsmi xronika rubrikasında  isə AZƏRTAC-ın materiallarından istifadə olunub.

Qeyd edək ki, 2006-cı ildə təsis olunan jurnalın nəşrində məqsəd dövlətin din siyasətini işıqlandırmaq, eyni zamanda, respublikamızın ərazisində və regionda dinlə bağlı məsələləri təhlil, habelə dini maarifçiliyi təbliğ etməkdir.

 


Son baxılan xəbərlər

Tovuzda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
28.11.2019 / 15:33
Ətraflı oxu

Dövlət Komitəsində 2017-ci ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib

Press-relizlər
11.01.2018 / 16:48
Ətraflı oxu

Prezident İlham Əliyev Əmlak Məsələləri Dövlət Komitəsinin yeni Əmlak Xidmətləri Məkanının açılışında iştirak edib

Xəbərlər
03.01.2019 / 11:00
Ətraflı oxu

Şamaxıda gənclərlə görüş keçirilib

Press-relizlər
29.09.2016 / 16:42
Ətraflı oxu

Mübariz Qurbanlı: “Dini mövhumat, xurafat bütün dinlərin düşmənidir”

Müsahibələr
09.08.2019 / 13:20
Ətraflı oxu

Masallıda “Məhərrəmlik mərasimlərində qanunvericiliyin qorunması yolları” mövzusunda müşavirə keçirilib

Press-relizlər
08.09.2018 / 11:52
Ətraflı oxu