Mübariz Qurbanlının “Din və siyasət” adlı kitabı nəşr olunub

Kitablar / 26.10.2020 / 14:10

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının “Din və siyasət” adlı kitabı nəşr olunub.

Kitabda dinin yarandığı gündən bu günə kimi keçdiyi yol, Azərbaycanda mövcud olan dinlər, onların yayılma arealı, tarixi, həmçinin siyasətin dinə və dinin siyasətə birbaşa yaxud bilavasitə təsiri haqqında geniş danışılır.

Beş fəsildən ibarət olan kitabda M.Qurbanlı din-siyasət münasibətlərinin tarixi və bu günü, Azərbaycan Xalq Cümhuriyyəti, Sovet dövrü, eləcə də müasir dövrdə din və siyasət münasibətlərindən bəhs edib, həmçinin dinin ictimai-siyasi həyatdakı rolu və Azərbaycanda dövlət-din münasibətləri kimi mövzulara diqqət çəkib. Kitabda xüsusilə dinin bəzi qüvvələr tərəfindən siyasiləşdirilməsi, əsl məqsədlərindən uzaqlaşdırılaraq başqa bir forma alması kimi məsələlərə toxunulur və bu kimi problemlərin həlli yolları göstərilir.

Müəllif kitabın IV – “Dövlət-din münasibətlərinin mükəmməl Azərbaycan modeli” adlı fəslində milli-mənəvi, dini dəyərlərimizə qayıdışımızda Heydər Əliyevin rolundan, dini dəyərlərə verdiyi önəmdən, Ulu Öndərin yolunu uğurla davam etdirən Prezident İlham Əliyevin apardığı tolerantlıq, multikulturalizm siyasətindən, ölkəmizdəki birgəyaşayış ənənələrindən, həmçinin qloballaşma prosesində dövlət-din münasibətlərinin tənzimlənmə mexanizmlərindən bəhs edir.

Geniş oxucu auditoriyası üçün nəzərdə tutulan kitab xüsusilə din-siyasət münasibətlərinin tənzimlənməsi sahəsində çalışan mütəxəssislərə, eləcə də siyasi şərhçilərə, gənc tədqiqatçılara faydalı ola bilər.

Son baxılan xəbərlər

Azərbaycan İlahiyyat İnstitutunda tədbir keçirilib

Press-relizlər
25.10.2018 / 14:23
Ətraflı oxu

Hacıqabulda yerləşən "N" saylı hərbi hissədə maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
26.11.2018 / 11:25
Ətraflı oxu

Dövlət Komitəsinin sədri İranın İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının sədri ilə görüşüb

Press-relizlər
03.05.2019 / 13:59
Ətraflı oxu

Samux şəhər 1saylı tam orta məktəbdə vətənpərvərlik mövzusuna həsr edilmiş tədbir keçirilib

Press-relizlər
18.05.2018 / 11:47
Ətraflı oxu

Zaqatalada “İslam mədəniyyəti və müasirlik” mövzusu müzakirə edilib

Press-relizlər
30.08.2017 / 17:09
Ətraflı oxu

Zərdabda “Uşaqların təhsil hüququnun pozulması: erkən nikah problemi” mövzusunda tədbir keçirilib

Press-relizlər
31.10.2018 / 16:54
Ətraflı oxu