Azərbaycandakı dini konfessiyalar erməni terroruna qarşı həmrəylik nümayiş etdirib

Press-relizlər / 23.10.2020 / 09:39

Sentyabrın 27-də Ermənistan ölkəmizə qarşı növbəti təxribata əl atmış, nəticədə Azərbaycan tərəfi zəbt edilmiş torpaqlarımızın azad edilməsi istiqamətində əks-hücum əməliyyatlarına başlayıb. İşğalçı Ermənistan ordusu beynəlxalq norma və konvensiyaları kobud şəkildə pozaraq mülki əhalimizi, yaşayış məntəqələrimizi müxtəlif növ, o cümlədən qadağan olunan silahlardan atəşə tutur, hətta cəbhədən uzaq yaşayış məntəqələrini dağıdır, dinc insanları qətlə yetirir. Mənfur xislətindən əl çəkməyən ermənilər münaqişəyə dini çalarlar əlavə edərək başqa istiqamətlərə çəkməyə çalışırlar.Hazırki Vətən müharibəsi fonunda ən aktual məsələlərdən biri də informasiya mübarizəsidir. Bu baxımdan, Azərbaycan həqiqətlərinin, ölkəmizdə yaşayan qeyri-islam konfessiyalarının nümayəndələrinin münaqişə haqda mövqelərinin, haqq səsimizin dünya ictimaiyyətinə çatdırılması mühüm əhəmiyyət kəsb edir. Bununla bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondu və ASAN Radio tərəfindən videoçarx hazırlanıb. Qeyd olunan videoçarxda ölkəmizdəki müxtəlif dini konfessiyaların nümayəndələrinin çıxışı öz əksini tapıb.

Qeyd olunan videoçarxa aşağıdakı link vasitəsi ilə baxa bilərsiniz:

https://video.azertag.az/video/105105

Son baxılan xəbərlər

“İslam dəyərlərinin xalqımızın milli-mənəvi dəyərlərindəki yeri” mövzusunda tədbir keçirilib

Press-relizlər
25.08.2017 / 16:49
Ətraflı oxu

Mingəçevir şəhəri, Göyçay və Zərdab rayonlarında 20 Yanvar şəhidləri anılıb

Press-relizlər
17.01.2020 / 17:49
Ətraflı oxu

Dini radikalizmə qarşı mübarizəyə həsr edilmiş tədbir keçirilib

Press-relizlər
29.05.2018 / 15:00
Ətraflı oxu

Tərtərdə “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda seminar-müşavirə ...

Press-relizlər
16.07.2018 / 17:06
Ətraflı oxu

Bölgələrdə “İnsan hüquqları aylığı” çərçivəsində tədbirlər keçirilib

Press-relizlər
07.06.2016 / 17:02
Ətraflı oxu

Mübariz Qurbanlı: “Fəaliyyətdə olan bəzi məscidlərdə nə Komitənin qeydə aldığı dini icma, nə də ...

Açıqlama
07.07.2015 / 18:28
Ətraflı oxu