Komitə sədri Mübariz Qurbanlı: “Məğlubiyyət erməniləri o qədər çaşdırıb ki, onlar din amilinə əl atırlar”

Press-relizlər / 16.10.2020 / 17:43

"Azərbaycanın işğal edilmiş ərazilərində 900-ə qədər tarixi, mədəni abidə, eləcə də 67 məscidimiz dağıdılıb" 

 

“Məğlubiyyət erməniləri o qədər çaşdırıb ki, onlar din amilinə əl atırlar. Ermənilər bununla xristianlarda özlərinə qarşı hisslər qaldırmaq istəyirlər ki, guya onlar əzilirlər, kömək etmək lazımdır”. Bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı oktyabrın 15-də Azərbaycan televiziyasında yayımlanan “Əsas məsələ” proqramında çıxışı zamanı bildirib.

Şuşa şəhərindəki kilsənin dağıdılması ilə bağlı səslənən iddialara da münasibət bildirən Komitə sədri qeyd edib ki, bu ermənilərin növbəti təxribatıdır: “Onlar bunu qəsdən ediblər. Bununla xristian aləminə göstərmək istəyirlər ki, guya azərbaycanlılar xristian məbədini dağırdırlar. O kilsəyə atəş açılsaydı müəyyən dağıntılara səbəb olardı”. Mübariz Qurbanlı onu da vurğulayıb ki, ermənilərin bu haqda danışmağa mənəvi haqları yoxdur. Onun sözlərinə görə, Azərbaycanın işğal edilmiş ərazilərində 900-ə qədər tarixi, mədəni abidə, eləcə də 67 məscidimiz dağıdılıb. Dövlət Komitəsinin sədri vurğulayıb ki, tarixi məscid olan Ağdam məscidində ermənilər heyvan saxlayır və Alban kilsəsinə aid olan tarixi abidələri də erməniləşdiriblər: “Şuşadakı Gövhər ağa məscidini özgələşdiriblər ki, guya bu məscid azərbaycanlılara məxsus deyil”.

Ermənistan tərəfinin Gənəcəyə atdığı raket zərbələri zamanı adıçəkilən şəhərdə olan ölkə və yerli əhəmiyyətli tarixi abidələr, dini məbədlərin də zərər gördüyünü diqqətə çatdıran Mübariz Qurbanlı deyib: “İmamzadə” Dini-Memarlıq Abidə Kompleksi və Gəncədəki Aleksand Nevski Rus Pravoslav Kilsəsi də erməni vandalizminin hədəfinə çevrilib.

Dövlət Komitəsinin sədrinin sözlərinə görə, erməni kilsəsi xristian dini içərisində qara ləkədir: “Erməni xalqının bütün tarixi, bütün fəaliyyəti mif üzərindədir. Bu mifin də başında erməni kilsəsi dayanıb. Həmin erməni kilsəsinin yetişdirdiyi adamlardan biri də Paşinyandır ki, təsadüfən hakimiyyətə gəlib”-, deyə sədr əlavə edib.

 

 

Son baxılan xəbərlər

DQİDK sədri Mübariz Qurbanlı: “Ermənilər ölkəmizin işğal olunmuş ərazilərində nəyin bahasına olursa-olsun Azərbaycan və ...

Press-relizlər
18.09.2020 / 12:23
Ətraflı oxu

Lənkəranda “Dini radikalizm, zərərli vərdişlər və onların fəsadları” mövzusu müzakirə edilib

Press-relizlər
01.10.2019 / 17:39
Ətraflı oxu

Rəsmi mövqe: Uzun illərdir ölkəyə Gülənin dinlə bağlı kitablarının idxalına icazə verilmir

Müsahibələr
23.08.2016 / 11:42
Ətraflı oxu

Dövlət qeydiyyatına alınmış yeddi dini təhsil müəssisəsinə şəhadətnamələr təqdim edilib

Press-relizlər
07.03.2017 / 13:52
Ətraflı oxu

Xətai rayonu 257 saylı tam orta məktəbdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə ...

Press-relizlər
23.05.2018 / 15:33
Ətraflı oxu

“The Daily Caller” Azərbaycandakı dini tolerantlıq barədə yazıb

Multikulturalizm
17.11.2016 / 10:25
Ətraflı oxu