Prezident İlham Əliyev: “Bizim hədəflərimiz arasında heç bir tarixi və ya dini hədəf yoxdur”

Xəbərlər / 15.10.2020 / 10:27

“Azərbaycan dini tolerantlıq səviyyəsi çox yüksək olan bir ölkədir" 

 

“Azərbaycan dini tolerantlıq səviyyəsi çox yüksək olan bir ölkədir və bu, bütün aparıcı beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı tərəfindən qeyd olunmuşdur. Zati-müqəddəsləri, Vatikanın rəhbəri, Roma Papası Fransisk Bakıya səfəri zamanı açıq şəkildə demişdir ki, Azərbaycanda mədəniyyətlərarası və dinlərarası dialoqun səviyyəsi çox yüksəkdir. Siz yəqin ki, Bakının mərkəzində olan, tərəfimizdən bərpa edilmiş erməni kilsəsini görmüsünüz. Biz onu erməni xalqının mirası kimi qoruyuruq”. Bu fikirləri Prezident İlham Əliyev oktyabrın 14-də “France 24” televiziya kanalına müsahibəsində səsləndirib. Dövlət başçısı vurğulayıb ki, biz bu kilsədə erməni dilində 5000-dən artıq qədim kitab saxlayırıq: “Lakin Ermənistan bizim məscidlərimizə nə edib? Onlar Ağdamın, Füzulinin və Şuşanın məscidlərinə nə ediblər? Demək olar ki, onlar nəinki onları dağıdıblar, orada heyvan saxlayırlar. Onlar orada donuz saxlayırlar və bununla təkcə bizim deyil, bütün müsəlmanların hisslərini təhqir edirlər”, - deyə Azərbaycan Prezidenti əlavə edib.

Ölkə başçısı Dağlıq Qarabağdakı kilsələrin bombardman edilməsinə də münasibət bildirib:Mən demirəm ki, biz bunu qisas almaq üçün etmişik. Xeyr. Biz bu məsələni araşdırmalıyıq. Biz nə baş verdiyindən əmin deyilik. Bizi günahlandırmaq üçün bunun ermənilər tərəfindən törədilə biləcəyinə dair şübhələrimiz var. Əgər bu, Azərbaycan hərbi birləşmələri tərəfindən törədilibsə, bu, səhv olub”.

Prezident İlham Əliyev onu da vurğulayıb ki, bizim hədəflərimiz arasında heç bir tarixi və ya dini hədəf yoxdur.

Son baxılan xəbərlər

Qusarda “Narkomaniya və dini radikalizmin sosial təhlükəsi və doğurduğu fəsadlar” mövzusunda maarifləndirici tədbir keçirilib

Press-relizlər
23.05.2017 / 09:37
Ətraflı oxu

Mübariz Qurbanlı: "Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqı və dövləti üçün misilsiz xidmətlər göstərib”.

Xəbərlər
12.12.2014 / 10:25
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Press-relizlər
22.12.2016 / 13:49
Ətraflı oxu

“Vətənpərvərlik: milli və mənəvi dəyər kimi” mövzusunda onlayn seminar keçirilib

Xəbərlər
23.07.2021 / 17:19
Ətraflı oxu

Prezident İlham Əliyevin yanında Təhlükəsizlik Şurasının iclası keçirilib

Xəbərlər
04.04.2016 / 09:27
Ətraflı oxu

Şəkidə dini radikalizm və onun fəsadları müzakirə olunub

Press-relizlər
16.11.2017 / 16:15
Ətraflı oxu