Dövlət Komitəsinin sədri Türkiyənin "Yeni Şafak" qəzetinə açıqlama verib

Açıqlama / 12.10.2020 / 11:56

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Türkiyənin "Yeni Şafak" qəzetinə işğal olunmuş torpaqlarımızda erməni vandalizminə məruz qalan mədəni, tarixi, dini abidələrimizlə bağlı açıqlama verib. Fotofaktların da yer aldığı “Kültürel soykırım” başlıqlı yazıda Komitə sədri bildirib ki, Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən maddi-mədəniyyət nümunələrini, o cümlədən tarixi-dini abidələri məhv etmək Ermənistanın təcavüzkar siyasətinin tərkib hissələrindən biridir. Ermənistan Azərbaycan xalqına məxsus tarixi-dini abidələrə qarşı təcavüzünü müxtəlif istiqamətlərdə aparır. Belə ki, milli mənsubiyyəti və dini ənənələri özündə əks etdirən abidələrin tamamilə dağıdılmış və ya erməniləşdirilməsinə, özgələşdirilib dəyişdirilməsinə cəhdlər edilmişdir. İşğal altındakı müsəlman dini kimliyinə aid olan abidələr, o cümlədən digər mədəniyyət nümunələri dağıdılmaqla yanaşı, həm də təhqir olunur. Ermənilərin səbəb olduğu vandalizm aktlarının dünya ictimaiyyətinə çatdırılması üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən 6 ayrı dildə kitabların çap edildiyini vurğulayan Mübariz Qurbanlı erməni mənbələrinin guya Azərbaycan Ordusunun Şuşada kilsəyə raket zərbəsi endirməsi haqda yalan məlumatlara da münasibət bildirib. Diqqətə çatdırıb ki, Azərbaycan tarixən milli-mənəvi cəhətdən zəngin, müxtəlif dil, din və mədəniyyətlərin sərbəst şəkildə inkişaf etdiyi məkanlardan biridir. Bakının mərkəzində Azərbaycan hökuməti tərəfindən bərpa edilmiş erməni kilsəsi var.  Bu ermənilərin münaqişəyə dini çalar vermək cəhdidir.

Açıqlama ilə daha ətraflı aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:

https://www.yenisafak.com/gundem/kulturel-soykirim-3570357?fbclid=IwAR3kiFTBnl4N_Ur8_o60uvIIGv3Tj6vANV5PmDM1bxWC6k62YXOxLvsdSco


Son baxılan xəbərlər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində 2013-cü ildə dini fəaliyyət sahəsində həyata keçirilmiş tədbirlərin ...

Xəbərlər
14.02.2014 / 16:28
Ətraflı oxu

Gündüz İsmayılov: “Burada əsas məqsəd İslam dini pərdəsi altında insanların inancından sui-istifadə etmək, dindarları ...

Açıqlama
01.08.2018 / 14:39
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətinin məlumatı

Xəbərlər
30.07.2020 / 16:19
Ətraflı oxu

Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz

Xəbərlər
30.04.2018 / 14:39
Ətraflı oxu

“İslam həmrəyliyinin təbliğində məzhəblərarası dialoq” mövzusunda tədbir keçirilib

Press-relizlər
22.02.2018 / 16:10
Ətraflı oxu

Şirvanda maarifləndirmə tədbiri təşkil olunub

Press-relizlər
14.03.2018 / 17:20
Ətraflı oxu