Gündüz İsmayılov: “Ermənilər xristianların dini heysiyyatından sui-istifadə etməyə çalışır”

Açıqlama / 12.10.2020 / 10:24

Azərbaycan Müdafiə Nazirliyi erməni mənbələrinin guya Şuşada kilsəyə raket zərbəsi endirməsi haqda yalan məlumatlar yaydığını bəyan edib. Bildirilib ki, kilsənin zərər çəkməsi barədə xəbərlərin Azərbaycan Ordusunun döyüş fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur. Maraqlıdır, Şuşadakı erməni kilsəsini kim və nə üçün dağıdıb? Bunun Azərbaycan Ordusu tərəfindən edilməsinə dair saxta məlumatların erməni mediasında ictimailəşdirilməsi hansı məqsədə xidmət edir?

Mövzu ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sədr müavini Gündüz İsmayılov Yenisabah.az-a bildirib ki, ermənilərin məqsədi bəllidir. Onun sözlərinə görə, ermənilər döyüş əməliyyatları başlandığı ilk gündən prosesi dünyaya xristian Ermənistana qarşı iki müsəlman dövlətin – Türkiyə və Azərbaycanın aqressiyası kimi təqdim edir.

Komitə rəsmisi deyib ki, ermənilər bu yalanı dünyaya müxtəlif variantlarla, fərqli bəhanələrlə təqdim edirlər: “Elə təəssürat yaratmaq istəyirlər ki, guya iki müsəlman dövlət tərəfindən xristian Ermənistana, həmçinin tarixi, dini, mədəni abidələrə, o cümlədən erməni Qriqoryan kilsəsinə qarşı hücum həyata keçirilir. Guya Azərbaycan və Türkiyənin Ermənistana qarşı aqressiyasının qurbanları yalnız xristian ermənilər deyil, eyni zamanda xristian məbədləridir. Lakin bütün dünyaya bəllidir ki, Azərbaycan nəinki xristianlığa, xristian abidələrinə qarşı, ümumilikdə bütün dinlərə, mədəni, tarixi, dini abidələrə hörmətlə yanaşır. Azərbaycan multikultural, tolerant ölkədir. Bu həyat tərzi Azərbaycanda tarixən olub, indi də var. Bizim üçüm məscid, kilsə, sinaqoq Allah evi kimi qəbul edilir, həmin məbədlər qorunur. Əgər bizim müxtəlif dinlərə, dini abidələrə, məbədlərə qarşı fərqli münasibətimiz, yəni aqressiyamız, nifrətimiz olsaydı paytaxt Bakının mərkəzində erməni kilsəsini qoruyub saxlamazdıq”.

G.İsmayılov Azərbaycanda 2010-cu ildə Dünya dini liderlərinin Bakı sammiti keçirilən zaman bütün ermənilərin katolikosu II Qaregin də tədbirdə iştirak etdiyini xatırladıb. Deyib ki, o zaman Qaregini müşayiət edib, Bakıdakı erməni kilsəsinə aparıb: “Həmin vaxt Qareginə dedim ki, biz bu kilsədə Prezident Kitabxanasının erməni dilli ədəbiyyatını saxlayırıq. Qaregin söylədiklərimə şübhəli yanaşdı və rəfə tərəf addımlayaraq həmin kitablardan birini əlinə alıb vərəqlədi. Gördü ki, həqiqətən orada erməni dilli ədəbiyyat var. Qareginə bildirdim ki, Siz tarixi təzada fikir verin, mən Ermənistanın işğal etdiyi Laçın rayonunun Zabuğ kəndindən olan məcburi köçkünəm. Hazırda Bakıda erməni kilsəsinə Sizi müşayət edirəm. Amma mənim doğulduğum kənddə nəinki məscid, heç bir ev, qəbir belə salamat qalmayıb, ermənilər hamısını dağıdıb. Ancaq həmin kəndin sakini olaraq mən bu gün Bakıda Sizə erməni kilsəsini təqdim edirəm. O söylədiklərimdən duruxdu, ardınca ibadət etmək üçün icazə istədi. Qareginə ibadət edə biləcəyini söylədim, əlavə etdim ki, nəinki bu kilsəyə, eləcə də digər kilsələrə, sinaqoq və məscidlərə azərbaycanlılar Allah evi kimi baxır, onu qoruyurlar. Bizi başqalarından fərqləndirən də məhz budur”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sədr müavini sonda bir daha vurğuladı ki, ermənilərin Şuşadakı kilsəni partladaraq bunu guya azərbaycanlıların etməsi kimi dünyaya car çəkməsi, hazırki məqamda xristianların dini heysiyyatından sui-istifadə etməyə hesablanıb: “Bir qədər əvvəl vurğuladığım kimi, bununla dünyaya sübut etməyə çalışırlar ki, guya Azərbaycan və Türkiyə birlikdə nəinki ermənilərə, eyni zamanda xristian abidələrinə qarşı “vandalizm aktı” törədirlər”.

Son baxılan xəbərlər

Azərbaycanda tolerantlıq mühitinin qorunub saxlanılması üçün hüquqi baza formalaşdırılıb

Press-relizlər
22.01.2019 / 15:54
Ətraflı oxu

Brayl əlifbası ilə nəşr edilmiş “Quran hekayətləri” kitabının təqdimatı keçirilib

Press-relizlər
10.11.2016 / 17:37
Ətraflı oxu

Səyyad Salahlı: “Din xadimləri sosial medianın imkanlarından maksimum yararlanmaqla maarifləndirici missiyanı daha operativ, daha ...

Press-relizlər
18.10.2019 / 14:05
Ətraflı oxu

9 və 17 saylı cəzaçəkmə müəssisələrində “Azərbaycanda birgəyaşayış ənənələri” mövzusunda tədbir keçirilib

Press-relizlər
24.02.2017 / 15:20
Ətraflı oxu

Əbədiyaşar Ümummilli Liderimiz Heydər Əliyev

Xəbərlər
10.05.2017 / 13:04
Ətraflı oxu

Mingəçevirdə maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
07.05.2019 / 16:21
Ətraflı oxu