Prezident İlham Əliyev: "İslamofobiya və Azərbaycanofobiya siyasəti artıq Ermənistanın rəsmi ideologiyasına çevrilib"

Xəbərlər / 29.09.2020 / 15:13

"Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı davam edir. Biz öz torpağımızda döyüşürük. Dağlıq Qarabağ Azərbaycanın tarixi hissəsidir. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü tanıyır". Bu fikirləri Prezident İlham Əliyev Pakistanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edərkən deyib.

Dövlətimizin başçısı bildirib ki, Ermənistanın uzun illər ərzində təcavüzü və işğalı nəinki bütün infrastrukturun dağılmasına gətirib çıxarıb, Xocalı soyqırımından başqa, onlar mədəni soyqırımı da törədiblər. Onlar bizim tarixi abidələrimizi dağıdıblar, bizim məscidlərimizi dağıdıblar. Onlar tərəfindən hələ dağıdılmayan məscidlər heyvan saxlamaq üçün istifadə edilir. Onlar bütün müsəlman dünyasını təhqir edirlər. Hansı rejimin hakimiyyətdə olmasından asılı olmayaraq onların islamofobiya və Azərbaycanofobiya siyasəti artıq Ermənistanın rəsmi ideologiyasına çevrilib.

Son baxılan xəbərlər

Astarada növbəti maarifləndirici tədbir keçirilib

Press-relizlər
19.01.2017 / 16:40
Ətraflı oxu

Multikulturalizmə Pravoslav kilsəsindən baxış

Multikulturalizm
02.05.2016 / 08:49
Ətraflı oxu

Nardaranda dindarlarla görüş keçirilib

Press-relizlər
13.01.2016 / 17:15
Ətraflı oxu

İmişlidə “Sülh aylığı” çərçivəsində “Sülh və sabitlik inkişafın əsas təməlidir” mövusunda tədbir keçirilib

Press-relizlər
14.09.2018 / 14:48
Ətraflı oxu

“Dini radikalizmlə mübarizədə milli-mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib

Press-relizlər
05.03.2019 / 17:16
Ətraflı oxu

Qazaxda aprel döyüşlərinə həsr olunmuş tədbir keçirilib

Press-relizlər
20.04.2018 / 16:20
Ətraflı oxu