Quba bölgəsinin dindarları bəşəriyyətə sülh diləyir

Xəbərlər / 25.09.2020 / 17:54

Sentyabrın 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin təşəbbüsü və təşkilatçılığı, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Quba regional mərkəzinin əməkdaşları, eləcə də Quba, Xaçmaz, Qusar, Şabran və Siyəzən rayonlarının dindarlarının iştirakı ilə “Sülh və İslam” adlı onlayn tədbir keçirilib.

Çıxış edən DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev bildirib ki, islamofobiya yaratmaq məqsədilə mütərəqqi qayda və qanunlara xas olan İslam dinini gözdən salmağa cəhdlər indi hər zamankından daha çox həyata keçirilir. Çünki müasir zamanda texnologiyanın mümkün imkanlarından istifadə etməklə daha çox insana təsir etmək mümkündür. Ölkəmizdə də İslamı gözdən salmağa, onu xurafat və mövhumat dininə çevirməyə çalışan müəyyən qruplar mövcuddur. Lakin dövlətimiz tərəfindən həm ənənələrimizi, həm də İslamın ənənəviliyini qorumaq  məqsədilə mühüm addımlar atılır.

İnsan Hüquqları üzrə Müvəkkilin Quba regional mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev çıxış edərək qeyd edib ki, bəşəriyyəti yalnız sülh xilas edə bilər. Natiq vurğulayıb ki, Qurani-Kərimi oxumaqla İslam dininin sülhə, barışa nə qədər böyük önəm verdiyini görmək olar.

Onlayn müzakirələrdə iştirak edən dindarlar Azərbaycanda mövcud olan sabitliyin, dindarlara dövlət qayğısının dünyaya bir nümunə olduğunu,  burada yaşayan bütün insanların dinindən, məzhəbindən, sosial statusundan asılı olmayaraq bərabər olduğunu bildiriblər.

 

Son baxılan xəbərlər

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi gəncləri növbəti könüllü fəaliyyətə dəvət ...

Xəbərlər
04.03.2020 / 11:14
Ətraflı oxu

DQİDK sədri Mübariz Qurbanlı: “Din sahəsində yalnız rəsmi təyinatı olan şəxslər fəaliyyət göstərə bilər”

Press-relizlər
24.05.2018 / 17:24
Ətraflı oxu

Qubada Xocalı soyqırımı qurbanları yad edilib

Press-relizlər
23.02.2018 / 16:06
Ətraflı oxu

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində “Vəhdət qanımızdadır” filminin ilk nümayişi olub

Press-relizlər
29.11.2018 / 16:33
Ətraflı oxu

Prezident İlham Əliyev: “İşğal olunmuş ərazilərimizdə bütün məscidlər Ermənistan tərəfindən dağıdılıb”

Xəbərlər
28.10.2019 / 09:24
Ətraflı oxu

Yardımlıda “İslam Həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə” mövzusunda konfrans keçirilib

Press-relizlər
10.08.2017 / 18:00
Ətraflı oxu