Quba bölgəsinin dindarları bəşəriyyətə sülh diləyir

Xəbərlər / 25.09.2020 / 17:54

Sentyabrın 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin təşəbbüsü və təşkilatçılığı, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Quba regional mərkəzinin əməkdaşları, eləcə də Quba, Xaçmaz, Qusar, Şabran və Siyəzən rayonlarının dindarlarının iştirakı ilə “Sülh və İslam” adlı onlayn tədbir keçirilib.

Çıxış edən DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev bildirib ki, islamofobiya yaratmaq məqsədilə mütərəqqi qayda və qanunlara xas olan İslam dinini gözdən salmağa cəhdlər indi hər zamankından daha çox həyata keçirilir. Çünki müasir zamanda texnologiyanın mümkün imkanlarından istifadə etməklə daha çox insana təsir etmək mümkündür. Ölkəmizdə də İslamı gözdən salmağa, onu xurafat və mövhumat dininə çevirməyə çalışan müəyyən qruplar mövcuddur. Lakin dövlətimiz tərəfindən həm ənənələrimizi, həm də İslamın ənənəviliyini qorumaq  məqsədilə mühüm addımlar atılır.

İnsan Hüquqları üzrə Müvəkkilin Quba regional mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev çıxış edərək qeyd edib ki, bəşəriyyəti yalnız sülh xilas edə bilər. Natiq vurğulayıb ki, Qurani-Kərimi oxumaqla İslam dininin sülhə, barışa nə qədər böyük önəm verdiyini görmək olar.

Onlayn müzakirələrdə iştirak edən dindarlar Azərbaycanda mövcud olan sabitliyin, dindarlara dövlət qayğısının dünyaya bir nümunə olduğunu,  burada yaşayan bütün insanların dinindən, məzhəbindən, sosial statusundan asılı olmayaraq bərabər olduğunu bildiriblər.

 

Son baxılan xəbərlər

Mingəçevirdə “Dini maarifçiliyin təşkilində qadınların yeri və rolu” mövzusu müzakirə edilib

Press-relizlər
12.06.2019 / 09:33
Ətraflı oxu

Zaqatala rayonunda kitab və film təqdimatı baş tutub

Press-relizlər
14.06.2016 / 15:07
Ətraflı oxu

Füzuli məktəblilərinə “Şəhadət” sənədli filmi təqdim olunub

Press-relizlər
09.02.2018 / 15:34
Ətraflı oxu

Lənkəranda "Sülh aylığı” çərçivəsində tədbir keçirilib

Press-relizlər
28.08.2019 / 16:11
Ətraflı oxu

Xristian dini icma rəhbərləri ABŞ konqresinə təqdim olunmuş qətnamə layihəsinə etiraz edib

Xəbərlər
20.10.2020 / 16:09
Ətraflı oxu

Azərbaycan tarixində Heydər Əliyev imzası

Xəbərlər
12.07.2019 / 09:23
Ətraflı oxu