“Azərbaycan tolerantlığında alman irsinin izləri və memarlığı” adlı kitab nəşr edilib

Kitablar / 25.09.2020 / 15:43

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin əməkdaşı Rima Hacıyevanın “Azərbaycan tolerantlığında alman irsinin izləri və memarlığı” adlı kitabı çap edilib.

Kitabda tarixi mənbələrə istinad edilərək almanların Cənubi Qafqaza köçürülmə səbəbləri, Azərbaycanda yaranmış böyük koloniyalar haqqında məlumat verilib. Bildirilib ki, Avropa və Asiyanın qovşağında yerləşən, əsrlərdir müxtəlif mədəniyyətlərin, dinlərin beşiyinə çevrilən Azərbaycan müstəqillik qazandıqdan sonra da ölkə ərazisində məskunlaşan xalqların, milli azlıqların və müxtəlif etnik qrupların mədəni inkişafının təmin olunmasında, ölkədə mövcud olan multikultural, tolerant mühitin qorunub saxlanılmasında mühüm addımlar atıb. Əsas məskunlaşma prosesi çar Rusiyası dövründən başlayan və iki əsrdən bəri ölkəmizdə yaşayan almanlar da buranı özlərinə doğma ana qucağı bilib və günümüzə qədər öz mədəni irslərini qoruyub saxlayıblar. Müəllif qeyd edib ki, Azərbaycan xalqı ilə hər zaman qardaşlıq, dostluq şəraitində yaşayan almanlar İkinci Dünya müharibəsinin başlanması nəticəsində Azərbaycandan kənara sürgün ediliblər. Lakin onlar özlərindən sonra ölkəmizin müxtəlif guşələrində dərin izlər qoyublar.

Qeyd edək ki, geniş oxucu kütləsi üçün nəzərdə tutulan , üç dildə  - Azərbaycan, alman və rus dillərində yazılan kitab Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən nəşr edilib.

Son baxılan xəbərlər

Qusarda “Narkomaniya və dini radikalizmin sosial təhlükəsi və doğurduğu fəsadlar” mövzusunda maarifləndirici tədbir keçirilib

Press-relizlər
23.05.2017 / 09:37
Ətraflı oxu

Qaxda “Müasir dünyada birgəyaşayış ənənələrinin yeri və rolu” mövzusunda tədbir olub

Press-relizlər
22.12.2016 / 10:20
Ətraflı oxu

“Dini radikalizmlə mübarizə və maarifləndirmə” mövzusunda tədbir keçirilib

Press-relizlər
14.02.2020 / 16:50
Ətraflı oxu

Zərdabda Beynəlxalq Ailə Günü münasibəti ilə “Ailə institutu və dini dəyərlərin vəhdəti” mövzusunda ...

Press-relizlər
15.05.2018 / 17:28
Ətraflı oxu

Prezidentin Sərəncamı uğurla icra olunur

Press-relizlər
18.01.2018 / 17:37
Ətraflı oxu

Bakıda “Dini və ideoloji təhlükəsizlik” mövzusunda seminar-müşavirə keçirilib

Press-relizlər
31.01.2019 / 17:31
Ətraflı oxu