Prezident İlham Əliyev: "Azərbaycan mədəniyyətlərarası dialoqun təşviqində vacib rol oynayır"

Xəbərlər / 22.09.2020 / 13:00

"Azərbaycan mədəniyyətlərarası dialoqun təşviqində vacib rol oynayır. Azərbaycan dünyanın tanınmış multikulturalizm mərkəzlərindəndir."
Bu sözləri Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasında videoformatda çıxışında söyləyib.
Dövlətimizin başçısı qeyd edib ki, 2008-ci ildə Azərbaycan tərəfindən başlanılmış “Bakı Prosesi” mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsi məqsədini daşıyır. “Bakı Prosesi” İslam Əməkdaşlıq Təşkilatına və Avropa Şurasına üzv dövlətləri bir araya gətirib. İki ildən bir Azərbaycanda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu BMT Baş Assambleyasının qətnamələri ilə mədəniyyətlərarası dialoqun təşviqi üçün əsas qlobal platforma kimi tanınmışdır.
2016-cı ildə BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu Azərbaycanda keçirilmişdir. Bundan əlavə, Azərbaycan 2015-ci ildə ilk Avropa Oyunlarını və 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarını təşkil etmişdir. Həmin idman yarışları da mədəniyyətlərarası dialoqa mühüm töhfə olmuşdur.
Azərbaycan sabit, müasir və demokratik ölkədir. Demokratiyanın inkişafı və insan hüquqlarının qorunması hökumətimizin başlıca prioritetləri sırasındadır. Bütün fundamental hüquqlar, o cümlədən ifadə azadlığı, media azadlığı, toplaşma azadlığı, dini etiqad azadlığı və vətəndaş cəmiyyətinin inkişafı tam şəkildə təmin edilir.

Son baxılan xəbərlər

Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının Fətvası

Xəbərlər
21.04.2020 / 11:15
Ətraflı oxu

“Mənəvi dəyərlərimiz: dünən, bu gün, sabah” mövzusunda tədbir keçirilib

Press-relizlər
18.09.2018 / 16:38
Ətraflı oxu

Regionlarda “Uşaq hüquqları aylığı” çərçivəsində tədbirlər keçirilib

Press-relizlər
06.11.2018 / 14:25
Ətraflı oxu

Bakıda “Həyat sözü” Xristian dini icmasının 25 illiyi münasibətilə tədbir keçirilib

Press-relizlər
23.09.2019 / 17:01
Ətraflı oxu

Hərbi hissədə maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
17.10.2018 / 15:08
Ətraflı oxu

“İslam sivilizasiyası Qafqazda” mövzusunda İkinci Beynəlxalq Simpozium keçiriləcək

Press-relizlər
02.04.2019 / 16:40
Ətraflı oxu