Quba bölgəsinin dini icma sədrləri videogörüntü vasitəsilə bir araya gəliblər

Xəbərlər / 18.09.2020 / 17:17

Sentyabrın 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitsinin Quba bölgəsi üzrə şöbəsinin təşkilatçılığı, şöbənin dislokasiyasına daxil olan Quba, Xaçmaz, Qusar, Şabran və Siyəzən rayonlarının məscidlərində fəaliyyət göstərən icmaların sədrlərinin  iştirakı ilə “Pandemiya və postpandemiya dövründə dini icmaların rolu” adlı onlayn formatda tədbir keçirilib.

Tədbirdə çıxış edən DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev bildirib ki, məlum pandemiya dövrü ilə əlaqədar olaraq Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın qəbul etdiyi mövcud qaydalara uyğun bölgənin bütün məscidləri müvəqqəti bağlanılıb. Möminlərə ibadətlərini öz evlərində ailə üzvləri ilə birlikdə etmələri tövsiyə olunur.

Qafqaz Müsəlmanları İdarəsinin Quba, Xaçmaz və Qusar rayonları üzrə qazısı, Quba şəhəri “Ərdəbil” məscidi dini icmasının sədri Naib Səttarov çıxış edərək bildirib ki, bölgə qazısı olaraq müsəlman dini icmalarının rəhbərləri ilə telefon və onlayn görüşlər keçirməklə vaxtaşırı maarifləndirmə işini təşkil edib. Ara məsafəsinin saxlanılması, maskadan istifadə olunması, yalnız dəfn mərasimləri istisna olmaqla yas məclislərinin dayandırılması bölgədə yüksək səviyyədə təşkil olunub və Operativ Qərargahın qəbul etdiyi qaydalara uyğun şəkildə icra olunur.

Onlayn tədbirdə çıxış edən natiqlər – Xaçmaz şəhəri “Təzə şəhər” məscidi dini icmasının sədri, QMİ-nin Xaçmaz rayonu üzrə səlahiyətli nümayəndəsi Yaşar Rzayev, Qusar şəhəri “Mustafa Kazdal” məscidi dini icmasının sədri, QMİ-nin Qusar rayonu üzrə səlahiyyətli nümayəndəsi Fəryaddin Rəhimxanov, Şabran rayonu Vələsli kənd məscidi dini icmasının sədri Fuad Şahbazlı və Siyəzən şəhəri “Cümə” məscidi dini icmasının sədri Qənimət Pirəliyev vurğulayıb ki, dünyanı cənginə alan COVİD-19 pandemiyası ölkəmizdən, o cümlədən yaşadığımız rayonlardan da yan keçməyib. Biz icma sədrləri və din xadimləri üzərimizə düşən məsuliyyəti dərk edərək həm dindarlar, həm də sakinlər arasında xəstəliyin yarada biləcəyi təhlükənin nə qədər genişmiqyaslı olduğunu, tətbiq olunan qaydalara riayət etməyin vacibliyini diqqətə çatdırırıq.

Onlayn tədbir insanlar arasında maarifləndirmə işinin daha da genişləndirilməsi istiqamətində müzakirələrlə yekunlaşıb.  


Son baxılan xəbərlər

Qusarda İslam həmrəyliyinin əhəmiyyətindən danışılıb

Press-relizlər
31.10.2017 / 15:46
Ətraflı oxu

“Sülh aylığı” çərçivəsində növbəti tədbir baş tutub

Press-relizlər
05.09.2017 / 17:40
Ətraflı oxu

Masallıda “Gəncləri dini radikalizm və digər zərərli vərdişlərdən qoruyaq” mövzusunda seminar-treninq ...

Press-relizlər
26.10.2018 / 17:20
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi vətəndaşların müraciətlərini dinləyiblər

Xəbərlər
26.11.2019 / 15:48
Ətraflı oxu

Goranboyda “Məzhəbçilik - dini təhlükəsizliyə təhdid kimi” mövzusunda seminar-müşavirə keçirilib

Xəbərlər
23.04.2019 / 16:26
Ətraflı oxu

Bölgələrdə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği ilə bağlı tədbirlər keçirilib

Press-relizlər
31.07.2015 / 14:53
Ətraflı oxu