Prezident İlham Əliyev: "Tarixi-dini abidələrimizin Ermənistan tərəfindən dağıdılması bütün müsəlman dünyasına qarşı edilən cinayətdir"

Xəbərlər / 07.09.2020 / 17:43

“Bizim tarixi-dini abidələrimiz Ermənistan tərəfindən dağıdılıb. Dini abidələrimiz təhqir edilib. İşğal edilmiş ərazilərdə məscidlərimiz ermənilər tərəfindən dağıdılıb və bəzi məscidlərdə hətta onlar heyvan saxlayırlar. Bu çirkin əməlləri əks etdirən bir çox video və foto sənədlər, sübutlar vardır. Onları internetdə tapmaq olar. Bu, təkcə bizə qarşı yox, bütün müsəlman dünyasına qarşı edilən cinayətdir”.

Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 7-də İran İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvinin etimadnaməsini qəbul edərkən səsləndirib. 

Prezident İlham Əliyev həmçinin bildirib ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü davam edir. Bu təcavüz nəticəsində torpaqlarımızın təxminən 20 faizi işğal altına düşüb. Azərbaycan vətəndaşlarının qaçqın-köçkün vəziyyətinə düşməsi məhz bu işğalın nəticəsidir. Bizə - azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparılıb, Xocalı soyqırımı törədilib.

Son baxılan xəbərlər

Macarıstan Yəhudiləri Assosiasiyası Prezidentinin şəxsi nümayəndəsi Dövlət Komitəsinə təşəkkür məktubu ünvanlayıb

Press-relizlər
09.12.2019 / 11:49
Ətraflı oxu

Azərbaycan tarixində Heydər Əliyev imzası

Xəbərlər
12.07.2019 / 09:23
Ətraflı oxu

Şanlı Aprel döyüşlərindən beş il ötür

Xəbərlər
02.04.2021 / 10:13
Ətraflı oxu

Balakəndə maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
08.02.2019 / 11:49
Ətraflı oxu

Cənub bölgəsində Ramazan ayının başlanması ilə əlaqədar onlayn tədbir keçirilib

Press-relizlər
13.04.2021 / 16:14
Ətraflı oxu

“Vətənpərvərlik nümunəsi: Qazilik və Şəhidlik” mövzusu müzakirə edilib

Xəbərlər
13.04.2021 / 15:52
Ətraflı oxu