Könüllü fəaliyyət / 07.09.2020 / 15:32
Sentyabrın 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədovun Komitənin “Könüllü fəaliyyət” layihəsinin iştirakçıları ilə onlayn formatda görüşü keçirilib.
Nahid Məmmədov rəhbərlik etdiyi şöbənin fəaliyyət istiqaməti barədə ətraflı məlumat verərək bildirib ki, Dinşünaslıq ekspertizası şöbəsi dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının yayılmasına nəzarət edir. Şöbə ölkədə istehsal olunan, yaxud idxal və ixrac edilən dini təyinatlı ədəbiyyatın, audio və video materialların, mal və məmulatların, dini məzmunlu başqa məlumat materiallarının dinşünaslıq ekspertizasını həyata keçirir, eyni zamanda dini təyinatlı ədəbiyyatın, dini məzmunlu başqa məlumat materiallarının nəzarət markası ilə markalanmasını təmin edir.
Görüşün sonunda Dövlət Komitəsinin rəsmisi könüllüləri maraqlandıran sualları cavablandırıb.