Dövlət Komitəsinin könüllüləri ilə onlayn formatda görüş keçirilib

Könüllü fəaliyyət / 02.09.2020 / 15:10

Sentyabrın 2-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlının Komitənin “Könüllü fəaliyyət” layihəsinin iştirakçıları ilə onlayn formatda görüşü keçirilib.

Mübariz Qurbanlı Dövlət Komitəsinin öz fəaliyyətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla reallaşdırılan dövlət gənclər siyasətinə uyğun olaraq gənclərin və könüllülərin iştirakını əsas götürdüyünü bildirib. Dövlət tərəfindən həyata keçirilən gənclər siyasəti barədə məlumat verərək qeyd edib ki, DQİDK və tabeliyində yaradılmış Mənəvi Dəyərlərin Təbliği Fondu, eləcə də İlahiyyat İnstitutu könüllülərin və gənclərin fəaliyyətə cəlb edilmələri üçün zəruri tədbirlər görüblər. Mövcud pandemiya müddətində hər iki qurumun könüllüləri istər xeyriyyə məqsədilə təşkil edilmiş tədbirlərdə, istərsə də keçirilən layihələrdə yaxından iştirak ediblər.

Komitə sədri bundan sonra da könüllü gənclərin Dövlət Komitəsi tərəfindən reallaşdırılacaq layihələrə cəlb ediləcəyini, mövcud pandemiya dövründə isə Komitə rəhbərliyi və rəsmiləri ilə mütəmadi olaraq onlayn formatda görüşlərinin keçiriləcəyini qeyd edib. Ölkəmizdə könüllülük proqramının çox yüksək səviyyədə təşkil edildiyini vurğulayan sədr Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın da bu sahəyə göstərdiyi xüsusi diqqətdən, bu istiqamətdə həyata keçirdiyi tədbirlərdən və proqramın sferasının son illər necə genişləndiyindən söhbət açıb.

Dövlət Komitəsinin “Könüllülük fəaliyyəti” layihəsinə qoşulduqları üçün gənclərə təşəkkürünü bildirən Mübariz Qurbanlı DQİDK-nın bütün fəaliyyət istiqamətləri, iş mühiti barədə geniş məlumat əldə etmək imkanı verən bu önəmli təşəbbüsün onların gələcək fəaliyyətlərinə öz müsbət təsirini göstərəcəyinə ümidvar olduğunu deyib. 

Qeyd edək ki, könüllü kimi fəaliyyət göstərib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən xüsusi sertifikatlar veriləcək ki, bu da onların əmək fəaliyyətinə uğurlu bir keçid fürsəti olacaq.


Son baxılan xəbərlər

Cəzaçəkmə müəssisəsində maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
22.11.2018 / 10:12
Ətraflı oxu

“Religious Tourism Destinations in Azerbaijan” adlı kitab işıq üzü görüb

Kitablar
20.11.2019 / 11:40
Ətraflı oxu

Lənkəranda “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda ikigünlük regional konfrans işə başlayıb

Press-relizlər
26.11.2014 / 09:45
Ətraflı oxu

Prezident İlham Əliyev: "Ermənistan dini abidələrimizi dağıdıb, işğal edilmiş ərazilərdə etnik təmizləmə siyasəti ...

Xəbərlər
03.09.2020 / 12:24
Ətraflı oxu

Nəsimi rayonunda “Dini mərasimlər: ənənəvilik və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib

Press-relizlər
29.08.2019 / 15:22
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri ilə görüşüb

Xəbərlər
16.10.2019 / 16:13
Ətraflı oxu