Ölkəmizdə gənclərin inkişafı, milli dəyərlərə malik vətəndaş kimi yetişmələri istiqamətində mühüm işlər görülür

Press-relizlər / 28.08.2020 / 17:12

Avqustun 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının Gənclər və İdman Nazirliyinin və Heydər Əliyev Mərkəzinin birgə layihəsi olan “Heydər Əliyev siyasi məktəbini öyrənirik” gənc liderlər proqramının iştirakçıları ilə onlayn görüşü keçirilib.

Gənclər və İdman nazirinin müavini İntiqam Babayev proqramın əsas məqsədinin gənclərdə müstəqil dövlətçilik ənənələrinə hörmət və sədaqət hissini gücləndirmək, onlarda liderlik keyfiyyətlərini inkişaf etdirmək olduğunu deyib. O vurğulayıb ki, proqramın ən gənc iştirakçısı bu il orta məktəbi bitirib.

Vurğulanıb ki, belə görüşlər ən böyük əhəmiyyəti müxtəlif sahələrə məsul şəxslərlə gənclərin birbaşa ünsiyyətidir. Bu da onlarda daha geniş̧ məlumat bazasının yaranmasına və gələcək inkişafları istiqamətində mühüm biliklər əldə etmələrinə imkan yaradır.

Proqram iştirakçılarını salamlayan Mübariz Qurbanlı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən gənclər siyasətinin önəminə toxunaraq, ölkəmizdə gənclərin təhsili, inkişafı, dünyaya inteqrasiyası, eyni zamanda, milli dəyərlərə malik vətəndaş̧ kimi tərbiyə almaları istiqamətində mühüm işlərin görüldüyünü diqqətə çatdırıb. Komitə sədri gənclərə ölkəmizdəki nümunəvi tolerant və multikultural ənənələrə əsaslanan dövlət-din münasibətləri, mövcud dini durum, Azərbaycanda yaşayan müxtəlif dini konfessiyalar barədə geniş̧ məlumat verib.

Ölkəmizdə mövcud olan uğurlu dövlət-din münasibətlərinin yaradılmasında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri barədə gəncləri məlumatlandıran Komitə sədri bildirib ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə milli-mənəvi dəyərlərə münasibət kökündən dəyişib, bu zəngin xəzinənin qorunmasına dövlət səviyyəsində böyük qayğı və diqqət göstərilib. Qapıları uzun müddət bağlı qalan müqəddəs ibadət ocaqları fəaliyyətini bərpa edib, onların təmiri və inşası geniş̧ vüsət alıb. Ulu Öndər ölkədə insan hüquq və azadlıqlarının təmin edilməsində, dinlərarası dialoqun inkişafında, milli-mənəvi dəyərlərin qorunmasında, böyüməkdə olan nəsillərin sağlam ruhda tərbiyəsində, eləcə də bölgədə sülhün və sabitliyin bərqərar edilməsində xüsusi rol oynayıb. Bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdıran M.Qurbanlı qeyd edib ki, hazırda Azərbaycanda din sahəsinə böyük diqqət və qayğı göstərilir.

Çıxışında cəmiyyətin bütün təbəqələrinin, xüsusilə də gənclərin yad dini ideologiyaların təsirinə düşməməsi üçün daha çox sağlam dini bilgilərə yiyələnmələrinin vacibliyini diqqətə çatdıran Komitə sədri Azərbaycan multikulturalizmi modelinin öyrənilməsində, milli-mənəvi dəyərlərimizin təbliğində “Multikulturalizmə giriş̧” dərsliyinin və “Azərbaycan multikulturalizmi” fənninin əhəmiyyətindən söz açıb.

Sonra proqram iştirakçılarının suallarını cavablandıran Mübariz Qurbanlı gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.


Son baxılan xəbərlər

Şəkidə “Dini radikalizmlə mübarizə: necə və nə etməli?” mövzusunda seminar-treninq keçirilib

Press-relizlər
26.11.2019 / 14:52
Ətraflı oxu

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində “Vəhdət qanımızdadır” filminin ilk nümayişi olub

Press-relizlər
29.11.2018 / 16:33
Ətraflı oxu

Qobustanda keçirilən ikigünlük seminar-treninq başa çatıb

Press-relizlər
15.05.2018 / 17:02
Ətraflı oxu

Milli-mənəvi dəyərlərin böyük təəssübkeşi

Xəbərlər
22.05.2020 / 11:12
Ətraflı oxu

Dini radikalizm və ekstremizmə qarşı alternativ vasitə kimi vətənpərvərlik hissi gücləndirilməlidir

Press-relizlər
13.02.2018 / 17:05
Ətraflı oxu

Ümumdünya Psixi Sağlamlıq Gününə həsr olunmuş “dəyirmi masa” keçirilib

Press-relizlər
13.10.2018 / 11:22
Ətraflı oxu