“Mənəvi borc” filminin video formatda təqdimatı keçirilib

Press-relizlər / 12.08.2020 / 16:22

Avqustun 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi, “Azərbaycan Bibliya Cəmiyyəti”nin sifarişi ilə çəkilən “Mənəvi borc” filminin video formatda təqdimatı keçirilib.

Təqdimat video-konfransında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov, ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların nümayəndələri iştirak ediblər.

“Mənəvi borc” filmində və film ətrafında gedən müzakirələrdə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən koronavirus pandemiyasının yayıldığı ilk günlərdən mübarizə istiqamətində atılmış mühüm addımlardan, bu sahədə də ölkəmizin dünya üçün örnək olmasından bəhs edilib.

Həmçinin qeyd olunub ki, filmin çəkilməsində məqsəd koronavirus pandemiyası ilə mübarizədə Azərbaycan vətəndaşlarını daha məsuliyyətli olmağa çağırmaqla mənəvi borclarının bir daha yada salınmasıdır. Bəzi vətəndaşların mövcud preventiv tədbirlərin şərtlərinə, tibbi-profilaktik qaydalara əməl etməməsi nəticəsində yoluxmaların sayının artması riski bir daha diqqətə çatdırılıb. “Mənəvi borc” filmində vətəndaşlarımızın dövlətin koronavirus (Covid-19) pandemiyası ilə mübarizədə müəyyən etdiyi qayda-qanunlara əməl etməsinin, eləcə də bu istiqamətdə onların üzərlərinə düşən vəzifələrin yerinə yetirilməsinin vacibliyi öz əksini tapır. Filmdə qaydalara əməl etməyin vətəndaşlıq məsuliyyəti ilə yanaşı, həm də mənəvi borc olması vurğulanır. O da qeyd olunur ki, din xadimləri, dini icmalar mənəvi borc məsələsini daima diqqət mərkəzində saxlamalı və təbliğ etməlidirlər. Çünki belə bir deyim var: “Dünyanı mənəviyyat xilas edəcək”. Bu, doğurdan da belədir.

Filmdə nəinki Azərbaycan, bütövlükdə bəşəriyyət üçün təhlükəli hesab olunan koronavirus (Covid-19) pandemiyası ilə mübarizə ilə bağlı müəyyən edilmiş qaydalara əməl etməyin Azərbaycanda mövcud olan həmrəyliyin, birliyin, o cümlədən tolerantlığın, multikulturalizmin daha da güclənməsinə, eləcə də iqtisadi fəallığa xidmət edəcəyi də qeyd olunur.

 


Son baxılan xəbərlər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətinin Məlumatı

Bəyanat
03.11.2014 / 17:35
Ətraflı oxu

Vətəndaş sülhü və milli birliyin yaradıcısı

Xəbərlər
06.05.2020 / 10:11
Ətraflı oxu

7 saylı cəzaçəkmə müəssisəsində “Azərbaycan tolerantlıq diyarıdır” mövzusunda tədbir təşkil olunub

Press-relizlər
16.11.2017 / 17:09
Ətraflı oxu

“Dini radikalizm və ekstremizmə qarşı mübarizə” mövzusunda tədbir keçirilib

Press-relizlər
10.02.2017 / 17:53
Ətraflı oxu

Milli-mənəvi dəyərlərimizin təbliği dini radikalizmə qarşı mübarizə vasitəsidir

Press-relizlər
19.04.2018 / 16:56
Ətraflı oxu

“Heydər Əliyev siyasəti: Tolerantlıq” kitabı

Kitablar
08.05.2015 / 13:00
Ətraflı oxu