Komitə sədri: "Yas mərasimləri bu qaydalar çərçivəsində keçirilməlidir"

Açıqlama / 17.06.2020 / 09:35

Rayonlarda vətəndaşlar koronavirusun yayılması təhlükəsinə diqqət yetirməyərək yas mərasimlərində kütləvi toplaşma hallarına yol veriblər.

Bunu Trend-ə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

M.Qurbanlı bildirib ki, bununla bağlı məlumatlar toplanılıb: “Biz bununla bağlı məlumatları toplamışıq, Qafqaz Müsəlmanları İdarəsi bölgələrdə olan bütün səlahiyyətli nümayəndələrini xəbərdar edib ki, yerlərdə dəfn mərasimlərini imamlar idarə etsinlər, yəni imamlar vəfat etmiş insanın yaxınları ilə birlikdə dəfnin islami qaydalara uyğun təşkilində iştirak edib bütün dini ayinləri orada icra etsinlər, lakin sonradan ehsan vermək məqsədilə kütləvi toplaşmalar olacaqsa, həmin toplaşmanın məqsədəuyğun olmadığı vətəndaşların diqqətinə çatdırılsın və din xadimləri heç bir halda həmin toplantılarda iştirak etməsin.

Dövlət Komitəsinin yerlərdə olan əməkdaşları da bu istiqamətdə izahat işini gücləndiriblər. Biz adət-ənənələrimizi qoruyuruq, lakin bu virusla bağlı kütləvi toplaşmaların insanlar üçün nə qədər böyük təhlükə törətdiyini başa düşərək yas mərasimləri məhdudlaşdırılmalı, ehsan mərasimləri dayandırılmalıdır və bu cür toplaşmalara yol verilməməlidir. Biz bununla bağlı tövsiyələr vermişik və yerli qurumlar da bu halların baş verməməsi üçün əllərindən gələni edirlər. Bir daha vətəndaşlarımıza çağırış edirik ki, bu cür mərasimlərə yol verməsinlər. Virus təhlükəsi davam edir və biz Nazirlər Kabineti yanında Operativ Qərərgahın bütün təlimatlarını yerinə yetirməliyik”.

Son baxılan xəbərlər

Samuxda “Dünyəvi dövlətdə din: Azərbaycan modeli” mövzusunda seminar-treninq keçirilib

Press-relizlər
22.11.2016 / 16:58
Ətraflı oxu

Qubada "Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik" mövzusunda keçirilən ikigünlük seminar-müşavirə öz işini davam ...

Press-relizlər
19.04.2019 / 15:19
Ətraflı oxu

Abşeron rayonundakı "N" saylı hərbi hissədə "Dini radikalizmə qarşı mübarizə" mövzusunda tədbir keçirilib

Press-relizlər
23.02.2018 / 17:57
Ətraflı oxu

Prezident İlham Əliyev Rusiyanın rəqəmsal inkişaf, rabitə və kütləvi media nazirini qəbul edib

Xəbərlər
03.12.2018 / 17:49
Ətraflı oxu

Saatlıda “İslam həmrəyliyi sülhə və əmin-amanlığa çağırışdır” mövzusunda tədbir keçirilib

Press-relizlər
08.01.2018 / 15:43
Ətraflı oxu

“Milli-mənəvi dəyərlərin təbliğində gənclər təşkilatlarının rolu” mövzusunda konfrans keçirilib

Press-relizlər
27.09.2018 / 14:25
Ətraflı oxu