Lənkəranda Respublika Gününə həsr olunmuş videokonfrans təşkil olunub

Press-relizlər / 31.05.2020 / 11:31

 

Mayın 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzinin birgə təşkilatçılığı ilə Respublika Gününə həsr olunmuş videokonfrans keçirilib.

Konfransda DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov və şöbənin əməkdaşları, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Lənkəran, Astara və Lerik rayonlarının dini icma sədrləri və imamlar iştirak ediblər. Çıxışlarda qeyd olunub ki, 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dəfə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın həyatında ən unudulmaz günlərdən biridir.

Bildirilib ki, ilk müstəqil dövlətimizin ömrü az olub. 1920-ci il aprelin 28-də bolşevik qoşunları tərəfindən Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradılıb. Lakin xalqımızın qəlbində azadlıq arzusu, məşəli heç vaxt sönməyib. 70 ildən sonra, 1990-cı ilin əvvəllərində xalqımızın yenidən müstəqil olmaq uğrundakı mübarizəsi öz bəhrəsini verib, Azərbaycan 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa edib.

Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Yenidən qazanılmış müstəqilliyin ilk illərində ölkəmiz ağır günlər yaşayıb, hətta müstəqilliyini itirmək təhlükəsi ilə üzləşib.

Belə bir çətin və sınaqlı günlərdə xalqımızın təkidli tələbi və xahişi ilə yenidən respublikaya rəhbərliyə qayıdan xalqımızın ümummilli lideri, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin apardığı müdrik və qətiyyətli siyasət nəticəsində müstəqilliyimizin əbədiliyi və sarsılmazlığı təmin olunub, Azərbaycan özünün hərtərəfli inkişafının yeni mərhələsinə qədəm qoyub.

Videokonfransda, həmçinin 1918-1920-ci illərdə mövcud olan dövlət-din münasibətləri barədə söhbət açılıb.

 


Son baxılan xəbərlər

Oğuzda “Dini radikalizm İslam həmrəyliyinə və birgəyaşayış ənənəsinə təhdiddir” layihəsi çərçivəsində maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
16.05.2017 / 17:09
Ətraflı oxu

Prezident İlham Əliyev “Göyçay” Su Elektrik Stansiyasının açılışında iştirak edib

Xəbərlər
07.10.2015 / 16:40
Ətraflı oxu

Ravvin Abraham Kuper Azərbaycanda multikulturalizmin və tolerantlığın əhəmiyyətini qeyd edib

Multikulturalizm
24.08.2016 / 12:21
Ətraflı oxu

16 saylı cəzaçəkmə müəssisəsində maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
16.11.2018 / 16:28
Ətraflı oxu

“Dini radikalizmə və ekstremizmə qarşı mübarizə” mövzusunda tədbir təşkil olunub

Press-relizlər
23.10.2018 / 14:56
Ətraflı oxu

DQİDK-nın əməkdaşı Sinqapurda keçirilən beynəlxalq tədbirdə iştirak edib

Press-relizlər
25.07.2016 / 16:33
Ətraflı oxu