DQİDK-nın şöbə müdiri ATƏT- in İnsan Ölçüsü üzrə birinci Əlavə Görüşünün videokonfransına qatılıb

Press-relizlər / 31.05.2020 / 14:29

25-26 may tarixlərində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) sədrlik edən Albaniya və ATƏT-in Demokratik Təsisatlar Bürosunun dəstəyi ilə təşkil olunan "Dözümsüzlük və ayrı-seçkiliyin bütün formalarına qarşı mübarizə” mövzusunda ATƏT- in İnsan Ölçüsü üzrə birinci Əlavə Görüşü keçirilib.

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Xarici əlaqələr şöbəsinin müdiri Əli Həziyev Covid-19 pandemiyası ilə əlaqədar olaraq videokonfrans formatında keçirilən görüşün “Zorakılığa və nifrət nitqinə səbəb ola biləcək müasir internet dözümsüzlüyü ve ayrı-seçkiliyinin formalarına qarşı mübarizə” və “İlkin xəbərdarlıqdan ilkin fəaliyyətə qədər: ayrı-seçkiliyin eskalasiyası səbəbindən gərginliyə və ya münaqişəyə çevrilməsinin qarşısının alınması” mövzularına həsr olunmuş II və III sessiyalarında  çıxış edib.

Qeyd edək ki, ATƏT institutları və təşkilata üzv dövlətlər,  bir sıra beynəlxalq təşkilatlar, vətəndaş cəmiyyətlərinin qatıldığı ikigünlük onlayn konfransda cəmiyyətlərarası qarşıdurmaya, nifrət cinayətlərinə və zorakılıq aktlarına səbəb olan stereotiplər və yanlış təsəvvürlərin aradan qaldırılması istiqamətində fikir mübadiləsi aparılıb.

DQİDK-nın şöbə müdiri çıxışında Azərbaycanda dini zəmində dözümsüzlük və ayrı-seçkiliyin qarşısının alınması, habelə ölkəmizdə müxtəlif dinlər arasında dialoqun gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə danışıb.

Bildirib ki, dövlət hər zaman dini sahəni dəstəkləyir. Azərbaycan əhalisinin 96 faizinin İslam dininə mənsub olmasına baxmayaraq, dövlətimiz ölkədə yaşayan digər dinlərin nümayəndələrinə qayğı göstərir və problemlərinin həlli istiqamətdə ardıcıl tədbirlər həyata keçirir. Xüsusilə din sahəsində sabitliyin, o cümlədən dini tolerantlığın və multikultural ənənələrin qorunması, radikal meyillərin qarşısının alınması üçün ciddi işlər görülür.

Şöbə müdiri, həmçinin videokonfrans iştirakçılarını bu istiqamətdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və DQİDK-nın tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondu və Azərbaycan İlahiyyat İnstitutu tərəfindən reallaşdırılan layihələr, o cümlədən  ölkəmizdə dinlərarası, mədəniyyətlərarası dialoq formatında keçirilmiş nüfuzlu beynəlxalq tədbirlər barədə məlumatlandırıb.

Natiq, eyni zamanda əzəli və tarixi Azərbaycan torpaqlarının - Dağlıq Qarabağ və ona bitişik yeddi rayonun Ermənistan tərəfindən işğal edilməsi, Azərbaycan xalqına qarşı soyqırımı, işğal olunmuş ərazilərdəki tarixi-dini abidələrin dağıdılması kimi vandalizm aktlarına da diqqəti cəlb edib. Ə.Həziyev Şuşadakı tarixi Yuxarı Gövhərağa məscidinin  və Rus Pravoslav Kilsəsinin dəyişdirilərək saxtalaşdırılması və qriqoriyanlaşdırılması faktlarını vurğulayaraq Ermənistanın vandal hərəkətlərinin qarşısını almaq, mədəni və tarixi irsimizə qarşı törədilən əməllərin qarşısının alınması üçün  ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət edib.

 


Son baxılan xəbərlər

İsrail və Azərbaycan: bəli, yəhudilərlə müsəlmanlar dost ola bilər!

Multikulturalizm
16.10.2018 / 10:34
Ətraflı oxu

Dövlət Komitəsində görüş keçirilib

Press-relizlər
20.07.2018 / 12:38
Ətraflı oxu

“Dini tolerantlıq dövlətin və cəmiyyətin inkişafında vacib amildir” mövzusunda beynəlxalq videokonfrans keçirilib

Xəbərlər
24.07.2020 / 17:21
Ətraflı oxu

Cənub bölgəsinin din xadimlərinin iştirakı ilə tədbir keçirilib

Xəbərlər
14.08.2020 / 11:59
Ətraflı oxu

Qubada “Azərbaycan xalqının birgəyaşayış mədəniyyəti və multikulturalizm təcrübəsi” mövzusunda seminar keçirilib

Press-relizlər
19.06.2019 / 17:37
Ətraflı oxu

Prezident İlham Əliyev: "Bizə müsəlman ölkələrindən ən çox dəstək gəlir"

Xəbərlər
22.07.2020 / 15:28
Ətraflı oxu