Dövlət Komitəsinin sədr müavinləri vətəndaşları qəbul edəcək

Xəbərlər / 13.03.2020 / 14:55

Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2020-ci ilin mart ayında şəhər və rayonlarda vətəndaşların qəbulu сədvəlinə uyğun olaraq Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı Qobustan, sədr müavini Səyavuş Heydərov Beyləqan, sədr müavini Gündüz İsmayılov İmişli rayonunun sakinləri ilə görüşəcəklər.

Sədrin birinci müavini Səyyad Salahlı 17 mart tarixində, saat 11:00-da Qobustan rayon Gənclər Mərkəzində (Heydər Əliyev prospekti) vətəndaşları qəbul edəcək. Sədr müavini Səyavuş Heydərov martın 18-də Beyləqan rayon Heydər Əliyev Mərkəzində (Heydər Əliyev prospekti 7) saat 11:00-da rayon sakinləri ilə görüşəcək. Sədr müavini Gündüz İsmayılovun  vətəndaş qəbulu isə həmin tarixdə İmişli  rayon Heydər Əliyev Mərkəzində (20 yanvar küçəsi 2) saat 12:00-da keçiriləcək.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı qəbula gəlmək istəyən vətəndaşlardan, müvafiq olaraq, Komitənin Şamaxı və İmişli bölgəsi üzrə şöbələrinə müraciət etmələri xahiş edilir.

 

Telefonlar:

Şamaxı bölgəsi üzrə şöbə

(020) 265 33 04

(055) 655 57 65

İmişli bölgəsi üzrə şöbə

(02124)  6 62 99

(050) 562 72 32

 

Elektron poçt ünvanları:

chairman@scwra.gov.az

info@scwra.gov.az

dk-shamaxi@scwra.gov.az

dk-imishli@scwra.gov.az

 

 

Son baxılan xəbərlər

2015-ci il üçün Ramazan ayının təqvimi

Xəbərlər
11.06.2015 / 16:37
Ətraflı oxu

Azərbaycan Vaşinqtonda keçirilmiş dini azadlıq üzrə konfransda fəal iştirak edib

Xəbərlər
20.07.2019 / 10:24
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Türkiyənin "Yeni Şafak" qəzetinə açıqlama verib

Açıqlama
12.10.2020 / 11:56
Ətraflı oxu

Sabunçu rayonunda “Dini ekstremizm: onun səbəbləri və aradan qaldırılması üsulları” layihəsi çərçivəsində maarifləndirici tədbir ...

Press-relizlər
09.02.2017 / 16:59
Ətraflı oxu

Bayrağımız qürurumuz, and yerimizdir

Xəbərlər
08.11.2019 / 16:36
Ətraflı oxu

Zaqatalada “Milli-mənəvi dəyərlər: dünən, bu gün və sabah” adlı mövzuda maarifləndirici tədbir keçirilib

Press-relizlər
17.12.2019 / 15:20
Ətraflı oxu