“Dövlət-din münasibətləri: tarix, hüquq və ənənə” mövzusunda tədbir keçirilib

Press-relizlər / 11.03.2020 / 17:14

Martın 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Sabunçu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Sabunçu rayonu Kürdəxanı qəsəbəsində “Dövlət-din münasibətləri: tarix, hüquq və ənənə” mövzusunda tədbir keçirilib. Tədbirdə təşkilatçı qurumun  nümayəndələri, din xadimləri və qəsəbə sakinləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ədalət Teymurov dövlətin dinə münasibəti, din sahəsində dövlət siyasətinin həyata keçirilməsi, dini etiqad azadlığı prinsiplərinin qorunması, dövlət-din münasibətlərinin qanunvericilik əsasında tənzimlənməsi istiqamətində aparılan işlərə xüsusi diqqət çəkib. 

DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımov çıxışında bildirib ki, müstəqilliyimizin bərpasından sonra dövlətin din sahəsindəki siyasətində yeni bir mərhələyə qədəm qoyuldu. Vətəndaşlarımızın vicdan və dini etiqad azadlıqları təmin olundu, dini ənənələrimizin bərpası və möhkəmləndirilməsi dövlətin din siyasətinin qarşısında duran əsas vəzifələrdən biri oldu. Şöbə müdiri qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycançılıq konsepsiyasına uyğun olaraq ölkədə dövlət-din münasibətlərinin, millətlərarası və dinlərarası dialoqun genişlənməsi üçün əlverişli şərait yaradılıb, bu sahədə beynəlxalq hüquq normalarına uyğun qanunvericilik bazası formalaşdırılıb.

DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Aslan Sultanov vurğulayıb ki, ölkəmizin sahib olduğu dövlət-din münasibətləri, multikultural dəyərlərin beynəlxalq ictimaiyyətə çatdırılması, eyni zamanda tarix, mədəniyyət və dini abidələrin qorunub saxlanılmasına dəstəyin göstərilməsi dövlətin din siyasətinin prioritet istiqamətlərindən biridir.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.

 


Son baxılan xəbərlər

Terrora qarşı İslam həmrəyliyi

İSLAM HƏMRƏYLİYİ İLİ
22.06.2017 / 11:47
Ətraflı oxu

Kürdəmirdə “Vətən sevgisi və şəhidlik” mövzusunda tədbir keçirilib

Press-relizlər
16.01.2020 / 16:10
Ətraflı oxu

Azərbaycan İlahiyyat İnstitutunda “Din, hüquq və əxlaq: müqayisəli təhlil” mövzusunda seminar keçirilib ...

Press-relizlər
11.10.2018 / 09:58
Ətraflı oxu

“Sülh aylığı” çərçivəsində İmişlidə tədbir keçirilib

Press-relizlər
03.09.2019 / 15:13
Ətraflı oxu

Prezidentin Sərəncamı uğurla icra olunur

Press-relizlər
27.02.2018 / 14:27
Ətraflı oxu

Qubada “Dünyəvi dövlətdə din və təhsil” mövzusu müzakirə olunub

Xəbərlər
18.11.2019 / 16:00
Ətraflı oxu