Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib

Xəbərlər / 10.03.2020 / 14:52

Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2020-ci ilin mart ayında şəhər və rayonlarda vətəndaşların qəbulu сədvəlinə uyğun olaraq Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı martın 10-da Saatlı rayonundan olan vətəndaşları qəbul edib.

Əvvəlcə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və Saatlı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlham Quliyev  Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.

Vətəndaşların müraciətləri dini icmaların fəaliyyəti, onların dövlət qeydiyyatına alınması, dini maarifləndirmə ilə əlaqədar icmaların layihələrinin maliyyələşdirilməsi, Quran kurslarının təşkil edilməsi, ali dini təhsil məsələlərini əhatə edib. Müraciətlərin bir qismi yerindəcə öz həllini tapıb. Araşdırılmaya ehtiyac olan bir sıra məsələlərin qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq tapşırıqlar verilib.

Qəbula gələn vətəndaşlar bölgələrdə müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı martın 17-də Qobustan, sədr müavini Səyavuş Heydərov martın 18-də Beyləqan, sədr mavini Gündüz İsmayılov isə həmin tarixdə İmişli rayonunun sakinləri ilə görüşəcəklər.


Son baxılan xəbərlər

Lənkəranda maarifləndirmə tədbirləri keçirilib

Press-relizlər
08.11.2018 / 16:17
Ətraflı oxu

Mübariz Qurbanlı: Dünya Dini Liderlərinin 2-ci Bakı Sammiti bir daha birgəyaşayın və multikultural modelin ...

Müsahibələr
20.11.2019 / 10:14
Ətraflı oxu

Xətai rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə tədbirlər keçirilib

Press-relizlər
10.05.2018 / 17:11
Ətraflı oxu

Tovuzda “Dini ekstremizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda tədbir keçirilib

Press-relizlər
07.11.2018 / 14:25
Ətraflı oxu

Dövlət Komitəsinin sədri “GəncLİK” proqramının iştirakçıları ilə görüşüb

Xəbərlər
27.01.2020 / 10:46
Ətraflı oxu

Misirin nüfuzlu xəbər portalında Xocalı soyqırımı haqqında məqalə dərc olunub

Xəbərlər
26.02.2020 / 12:08
Ətraflı oxu