Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi gəncləri növbəti könüllü fəaliyyətə dəvət edir

Xəbərlər / 04.03.2020 / 11:14

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı”nda və dövlət başçısının 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışında dövlət orqanlarına gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək vəzifəsi qoyulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2019-cu il Sərəncamı ilə Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi bu fəaliyyətin təşviqi məqsədilə dövlətimiz tərəfindən zəruri addımlar atıldığını bir daha göstərdi.

 

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi “Könüllülük fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununu və Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2020-ci ilin Azərbaycanda “Könüllülər ili” elan etməsini nəzərə almaqla, gənclər arasında könüllülük fəaliyyətinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində tətbiqini davam etdirir.

Xatırladaq ki, könüllülük fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan edilməyən, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ilə bağlı ictimai faydalı və gəlirsiz fəaliyyət hesab olunur. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində könüllü fəaliyyət əsas etibarı ilə aşağıdakı istiqamətlər üzrə təşkil olunur:

 - Aparatın şöbə və sektorlarında, eləcə də bölgə şöbələrində təcrübə keçmək;

- Müvafiq şöbələrin iş təcrübəsini öyrənmək;

- Azərbaycanda dövlət-din münasibətlərini tənzimləyən qanunvericilik bazası ilə tanış olmaq;

- Dövlət Komitəsinin Bakıda və bölgələrdə keçirdiyi regional konfransların, seminar-müşavirələrin, seminar-treninqlərin təşkil edilməsi prosesində iştirak etmək;

- Vətəndaşların qəbulunda bilavasitə iştirak etmək;

 

Könüllülük fəaliyyəti cari il üçün nəzərdə tutulub.

Könüllü kimi cari ildə fəaliyyət göstərib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən xüsusi sertifikatlar veriləcəkdir ki, bu da onların əmək fəaliyyətlərinə uğurlu bir keçid fürsəti olacaqdır.

Könüllü kimi fəaliyyət göstərmək istəyən gənclər üçün aşağıdakı tələblər müəyyən olunmuşdur:

 - İntizamlılıq;

- Xoşrəftarlılıq;

- Ünsiyyətcillik;

- Operativlik;

- Kollektivdə işləmək bacarığı;

- Təşkilatçılıq;

- Təşəbbüskarlıq;

- Məsuliyyətlilik;

- Kompüter bacarığı.

 

Müraciət üçün:

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində könüllülər sırasına qoşulmaq istəyən gənclər mövzu hissəsində “Könüllü proqramı” göstərməklə 05.03.2020-ci il tarixdən 20.04.2020-ci il tarixədək  öz CV-lərini (tərcümeyi-hal) dk-public@scwra.gov.az elektron ünvanına göndərə bilərlər.

Əlavə məlumat üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin (012) 437 31 15; (012) 497 15 39 nömrələrinə zəng etmək olar.

Müvafiq tələblərə cavab verən şəxslərlə əlaqə saxlanılacaq və onlar müsahibəyə dəvət ediləcəklər.

Son baxılan xəbərlər

Mübariz Qurbanlı ABŞ Dövlət Departamentinin beynəlxalq din azadlıqları sahəsində xüsusi tapşırıqlar üzrə səfiri Sem ...

Press-relizlər
18.07.2019 / 12:58
Ətraflı oxu

Bakıda "Dini təhsil, dini tərbiyə və dünyəvilik" mövzusunda konfrans keçirilib

Press-relizlər
30.10.2018 / 16:31
Ətraflı oxu

Beyləqanda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
25.02.2019 / 17:37
Ətraflı oxu

Göyçayda maarifləndirici tədbir keçirilib

Xəbərlər
30.11.2018 / 15:04
Ətraflı oxu

“Müasir dünyanın problemləri: nifrətə çağırış, terror, ekstremizm, islamofobiya və Ermənistanın Azərbaycana qarşı təcavüzü” adlı ...

Xəbərlər
11.11.2020 / 10:01
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Salyanda tədbir keçirilib

Press-relizlər
07.06.2016 / 09:43
Ətraflı oxu