Buzovnada “Dövlət-din münasibətləri: tarix, hüquq və ənənə” mövzusunda tədbir keçirilib

Press-relizlər / 28.02.2020 / 13:03

Fevralın 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsi və Xəzər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Buzovna qəsəbəsində “Dövlət-din münasibətləri: tarix, hüquq və ənənə” mövzusunda tədbir keçirilib. Tədbirdə təşkilatçı qurumların nümayəndələri, din xadimləri və qəsəbə sakinləri iştirak ediblər.  

Tədbiri giriş sözü ilə açan Xəzər Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Rövşən Quliyev dövlətin dinə münasibəti, din sahəsində dövlət siyasətinin həyata keçirilməsi, dini etiqad azadlığı prinsiplərinin qorunması, dövlət-din münasibətlərinin qanunvericilik əsasında tənzimlənməsi istiqamətində aparılan işlərə xüsusi diqqət çəkib.

DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımov çıxışında bildirib ki,  Azərbaycanda dövlət-din münasibətlərindən danışarkən ilk növbədə onun tarixinə, Ulu Öndər Heydər Əliyev tərəfindən atılan təməl prinsiplərə diqqət etməliyik. Qeyd edib ki, Azərbaycanın dövlət-din münasibətlərinin uğurlarının səbəbi ilk növbədə dinlə bağlı siyasətin sağlam, düzgün istiqamətdə qurulmasıdır. Dini icmaların fəaliyyəti üçün şəraitin yaradıldığı, dini dəyərlərə, ibadət yerlərinə qayğı göstərildiyi də vurğulanıb.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.


Son baxılan xəbərlər

Ailə dəyərlərinin möhkəmləndirilməsi cəmiyyətin mənəvi sağlamlığının əsasıdır

Press-relizlər
15.05.2019 / 17:10
Ətraflı oxu

Bəşəri dəyərlər naminə

Xəbərlər
21.08.2015 / 09:05
Ətraflı oxu

Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının və Elmi-Dini Şuranın fətvası

Xəbərlər
28.08.2019 / 10:45
Ətraflı oxu

Ağcabədidə “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda seminar-treninq keçirilib

Xəbərlər
27.11.2018 / 15:20
Ətraflı oxu

Mübariz Qurbanlı: Ermənilərin təmir bəhanəsi ilə “Yuxarı Gövhər ağa” məscidinə zərər vurması onların özününkiləşdirmə ...

Müsahibələr
07.10.2019 / 17:36
Ətraflı oxu

Azərbaycan nümayəndə heyəti Vyanada Avstriya hökumətinin və parlamentinin üzvləri ilə görüşüb

Press-relizlər
19.06.2019 / 09:55
Ətraflı oxu