“Narkomanlığa qarşı mübarizədə dini icmaların və din xadimlərinin rolu” mövzusunda tədbir keçirilib

Press-relizlər / 28.02.2020 / 17:42

Fevralın 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Ağcabədi Pedaqoji Kollecində “Narkomanlığa qarşı mübarizədə dini icmaların və din xadimlərinin rolu” mövzusunda tədbir keçirilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov, Ağcabədi Pedaqoji Kollecinin direktoru Mirələm İbrahimli, Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qəmbərov, Ağcabədi Rayon Təhsil Şöbəsinin metodisti Tofiq Zeynalov, Ağcabədi Rayon Polis Şöbəsinin narkotiklərlə mübarizə qrupunun müvəkkili Etibar Mehdiyev, kollecin müəllim və tələbə heyəti, eləcə də dini icma sədrləri və dindarlar iştirak ediblər.

Çıxışlarda mövzunun aktuallığı qeyd olunub, narkomanlığa qarşı mübarizənin təkcə ayrı-ayrı şəxslərin və dövlət qurumlarının deyil, bütövlükdə cəmiyyətin işi olduğu bildirilib. Dini icma sədrləri və din xadimlərinin də bu sahəyə xüsusi diqqət yetirməli olduğu, gənclər arasında maarifləndirmə işinin aparılmasının əhəmiyyəti vurğulanıb.

 


Son baxılan xəbərlər

Dövlət Komitəsində görüş keçirilib

Xəbərlər
06.03.2020 / 15:04
Ətraflı oxu

Bölgələrimizdə Xocalı soyqırımının 28-ci ildönümü silsilə tədbirlərlə qeyd olunur

Press-relizlər
26.02.2020 / 13:35
Ətraflı oxu

Aİİ-də “Vəhdət qanımızdadır” sənədli filminin nümayişi olub

Press-relizlər
04.12.2018 / 14:56
Ətraflı oxu

Səyavuş Heydərov: “Radikal müxalifət və radikal dindarlar eyni mərkəzdən idarə olunurlar”

Müsahibələr
20.09.2016 / 11:47
Ətraflı oxu

Yevlaxda Xocalı soyqırımı qurbanları anılıb

Press-relizlər
21.02.2020 / 15:14
Ətraflı oxu

Qubada Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib

Press-relizlər
22.02.2019 / 16:16
Ətraflı oxu