Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər / 27.02.2020 / 16:47

Respublikamızın bölgələrində maarifləndirmə tədbirləri davam etdirilir. Fevralın 27-də Sumqayıt şəhərində "Narkomanlığa qarşı mübarizədə dini icmaların və din xadimlərinin rolu" mövzusunda keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin müdiri Yalçın Abdullayev, Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Fərman Kazımov, Qafqaz Müsəlmanları İdarəsinin Sumqayıt bölgəsi üzrə qazısı Rauf Sərdarov, din xadimləri və dini icma sədrləri, Masallı şəhəri Rafiq Əlihəsənov adına 1 saylı tam orta məktəbində “Dini radikalizm və narkomaniya ilə mübarizədə təhsilin rolu” mövzusunda keçirilən tədbirdə isə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Habil Əmiraslanov, Rayon Təhsil Şöbəsi müdirinin müavini Samid İslamov, müəllimlər, şagirdlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Hər iki maarifləndirmə tədbirində mövzunun əhəmiyyətindən danışılıb. Eyni zamanda, bu gün bəşəriyyətin ən ağrılı problemlərindən olan narkomaniya və  dini radikalizmin fəsadlarından bəhs edilib. Radikalizmə, eləcə də narkomaniyaya qarşı mübarizənin vacibliyi diqqətə çatdırılıb.

Fevralın 27-də Ucar rayonunda da "Narkomanlığa qarşı mübarizədə dini icmaların və din xadimlərinin rolu" mövzusunda tədbir keçirilib. Çiyni kənd tam orta məktəbində keçirilən tədbirdə Ucar Rayon İcra Hakimiyyəti başçısının müavini Şəhla Abdullayeva, rayon Polis Şöbəsinin rəisi Eldar Paşayev, Dini Qrumlarla iş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, rayon Təhsil şöbəsinin müdiri Fuad İsrafilov, Ucar şəhər “Cami” məscidinin din xadimi Elnur Rəhimov, yuxarı sinif şagirdləri və müəllimlər iştirak ediblər. Narkomaniya və onun fəsadları ilə bağlı geniş məlumat verilib, “ağ ölüm”ün ailə və cəmiyyət üçün yaratdığı ciddi problemlərdən danışılıb.

 


Son baxılan xəbərlər

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
29.10.2019 / 15:52
Ətraflı oxu

Göyçayda Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb

Press-relizlər
25.02.2019 / 12:44
Ətraflı oxu

Qərbi Kaspi Universitetində dini radikalizmə qarşı mübarizəyə həsr edilən maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
08.06.2018 / 17:24
Ətraflı oxu

Qaxda keçirilən ikigünlük seminar-müşavirə öz işini davam etdirib

Press-relizlər
24.07.2018 / 13:01
Ətraflı oxu

Aİİ və Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin növbəti tədbiri keçirilib

Press-relizlər
11.10.2018 / 14:23
Ətraflı oxu

Zərdabda “İslam sülh və həmrəylik dinidir” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib

Press-relizlər
01.11.2017 / 17:18
Ətraflı oxu