Misirin nüfuzlu xəbər portalında Xocalı soyqırımı haqqında məqalə dərc olunub

Xəbərlər / 26.02.2020 / 12:08

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Bəhruz Orucovun Misir Ərəb Respublikasının geniş oxucu auditoriyasına malik nüfuzlu "www.asiaelyoum.com" xəbər portalında Xocalı soyqırımının 28-ci ildönümünə həsr edilmiş «“Qanlı faciə”.. Xocalı qətliamından ötən 28 il» başlıqlı məqaləsi dərc olunub.

Məqalədə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı birləşmələrinin ağır hərbi texnika ilə Xocalı şəhərinə daxil olaraq şəhərin dinc sakinlərini amansızca qətlə yetirməsindən bəhs olunub. Bildirilir ki, Xocalı soyqırımı zamanı 613 nəfər qətlə yetirilib, 8 ailə məhv edilib, yüzlərlə dinc mülki insan xəsarət alıb, 1275 nəfər girov götürülüb, eləcə də şəhər viran edilib, yaşayış məskənləri və şəhərin infrastrukturu dağıdılıb.

Qeyd edilir ki, Xocalı faciəsinin dünya ictimaiyyətində tanıdılmasında görülən əməli işlərin nəticəsi olaraq İslam Əməkdaşlıq Təşkilatı, bir sıra dünya dövlətlərinin parlamentləri, o cümlədən Kanada, Meksika, Kolumbiya, Peru, Pakistan, Bosniya Herseqovina, Rumıniya, Çex Respublikası, İordaniya, Honduras, Panama və ABŞ-ın Kaliforniya, Texas, Cociya, Arkansas, Nyu-Meksika, İndiana, Florida və bir sıra digər ştatları tərəfindən Xocalıda törədilən qətliamın soyqırım kimi tanınmasına dair qətnamələr qəbul edilib.

Həmçinin, məqalədə Azərbaycan tarixində silinməz iz buraxan, XX əsrin ən qanlı faciələrindən biri olan Xocalı soyqırımına dünya ictimaiyyətinin səssiz qalmamalarına, cinayətkarların cəzalanması və bütün dünya dövlətləri tərəfindən kütləvi soyqırım kimi tanıdılmasına çağırış edilir.

Məqalə ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:

 

https://www.asiaelyoum.com/92482/2020/02/25/%d9%85%d8%a2%d8%b3%d8%a7%d8%a9-%d8%af%d8%a7%d9%85%d9%8a%d8%a9-%d9%85%d8%b1%d9%88%d8%b1-28-%d8%b9%d8%a7%d9%85%d9%8b%d8%a7-%d8%b9%d9%84%d9%89-%d9%85%d8%b0%d8%a8%d8%ad%d8%a9-%d8%ae%d9%88/?fbclid=IwAR06Sj5v9EK3a65WXe2gvD9tMYEH0OFkX2uYTuDbyUXMZgfhg1Brx1rwKSY

Son baxılan xəbərlər

Cəlilabadda “Dini radikalizmlə mübarizə və maarifləndirmə” mövzusunda tədbir keçirilib

Xəbərlər
30.10.2019 / 15:23
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri ilə görüşüb

Press-relizlər
16.10.2018 / 18:00
Ətraflı oxu

Prezident İlham Əliyevin “CISCO” şirkətinin icraçı vitse-prezidenti ilə görüşü olub

Xəbərlər
23.01.2018 / 09:36
Ətraflı oxu

Qəbələdə maarifləndirici tədbir keçirilib

Press-relizlər
30.10.2017 / 10:35
Ətraflı oxu

16 saylı cəzaçəkmə müəssisəsində maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
16.11.2018 / 16:28
Ətraflı oxu

Göyçayda “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirilib

Press-relizlər
29.10.2018 / 16:50
Ətraflı oxu