Bölgələrdə Xocalı faciəsinə həsr olunmuş tədbirlər keçirilib

Press-relizlər / 25.02.2020 / 14:01

 

Fevralın 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsi, Ağdaş Rayon İcra Hakimiyyəti və Ağdaş Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ağdaş rayon Peşə məktəbində “Xocalı soyqırımı insanlığa qarşı cinayətdir” mövzusunda marifləndirici tədbir keçirilib. Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Sahib Hacıyev, Ağdaş Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Səbuhi Musayev, Ağdaş Rayon Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov, Ağdaş rayon Peşə məktəbinin direktoru Alcan Nəsibov, tələbələr və müəllimlər iştirak ediblər.

Çıxışlarda 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələrinin 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirildiyi bildirilib, faciənin xalqımızın tarixində qanla yazıldığı qeyd edilib. Diqqətə çatdırılıb ki, erməni vandallarının Xocalı şəhərini hədəfə almaqda məqsədləri Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan strateji əhəmiyyətli maneəni aradan qaldırmaqla yanaşı Xocalını yer üzündən birdəfəlik silmək idi.

 

***

 

Xocalı soyqırımına həsr olunmuş növbəti tədbir Ağstafa rayon H.Əliyev mərkəzində Regional Mədəniyyət idarəsi və DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə keçirilib. Tədbir iştirakçıları Xocalı soyqırımının Azərbaycan tarixində ən böyük faciələrdən olduğunu və belə halların tarixdə vaxtaşırı erməni separatçıları tərəfindən dinc azərbaycanlıların başına gətirildiyini bildiriblər. Qeyd edilib ki, xalqımızın qan yaddaşı olan Xocalı haqqında həqiqətin dünyaya çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti tərəfindən bütün zəruri addımlar atılır.

 

***

 

Xocalı soyqırımının qurbanları Saatlıda da anılıb. Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsi və Saatlı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçlığı ilə keçirilən tədbirdə  DQİDK-nın  İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov, Saatlı Rayon İcra Hakimmiyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Azər Həsənov,  dini icma sədrləri, din xadimləri iştirak ediblər.

Çıxışlarda erməni millətçilərinin keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törətdikləri qırğının acı nəticələrindən danışdılıb. Bildirilib ki, ermənilərin 28 il əvvəl Xocalıda törətdikləri bu qətliam, amansızlıq və vəhşilik təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş dəhşətli vandalizm aktıdır.

 

***

 

Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsi və Balakən rayonu Qazma kənd “Cümə” məscidi dini icmasının birgə təşkilatçılığı ilə baş tutan tədbirdə isə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Elməddin Atakişiyev, Balakən rayonu Qazma kənd “Cümə” məscidinin İmamı Məhəmməd İsaqov, dini icma üzvləri, dindarlar və gənclər iştirak ediblər.

Çıxışlar zamanı Xocalı soyqırımının Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olduğu qeyd edilib. Vurğulanıb  ki, dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri qanunlar Xocalı faciəsi kimi soyqırımların yolverilməz olduğunu təsdiqləyir. Tədbirdə bir daha diqqətə çatdırılıb ki, Azərbaycan xalqı və dövləti Xocalı faciəsini heç vaxt unutmayacaq.

Anım tədbirində Xocalı soyqırımı zamanı qətlə yetirilmiş həmvətənlərimizin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhuna Qurani-Kərim oxunub, dualar edilib.

 

***

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə “Xocalı soyqırımı XX əsrin faciəsidir” mövzusunda  Lənkəran rayonu Kənarmeşə kənd məscidində baş tutuan tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Emin Həmidli, Tacəddin Sadıqov, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Kənarmeşə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Fail Həşimov, kənd bələdiyyəsinin sədri, Kənarmeşə kənd məscidi dini icmasının sədri Rəfail İbrahimov, ətraf kəndlərin din xadimləri və dindarlar iştirak edib.

Çıxışlar zamanı 1992-ci il fevral ayının 26-da mənfur qonşularımız olan ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımı haqqında danışılıb. Bildirilib ki, bu soyqırımı bütövlükdə bəşəriyyətə, insanlığa qarşı törədilmiş vəhşi cinayət aktıdır. Natiqlər, şəhidlik anlayışı və onun mahiyyəti haqqında fikirlərini bildirərək şəhidliyin milli-mənəvi dəyərlərimizin ayrılmaz tərkib hissəsi olduğunu qeyd ediblər.

 

 

 

 

      

        

 

 


Son baxılan xəbərlər

Zaqatalada din xadimlərinin iştirakı ilə onlayn tədbir keçirilib

Xəbərlər
26.08.2020 / 10:54
Ətraflı oxu

Dövlət aztəminatlı ailələrin dəfn xərclərinin ödənilməsinə yardım edəcək

Açıqlama
26.12.2017 / 17:29
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi Cəlilabad və Yardımlı rayonlarında vətəndaşları qəbul ediblər

Xəbərlər
29.10.2019 / 16:47
Ətraflı oxu

Ermənistanın növbəti həyasızlığı

Xəbərlər
19.08.2020 / 09:54
Ətraflı oxu

Cəlilabadda "Sülh aylığı” çərçivəsində tədbir baş tutub

Press-relizlər
29.08.2019 / 15:05
Ətraflı oxu

Kürdəmirdə “Dini radikalizm və onun fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib

Press-relizlər
06.12.2018 / 10:25
Ətraflı oxu