“Azərbaycanın dövlət-din modeli: dünyəvilik” mövzusunda regional konfrans keçirilib

Press-relizlər / 25.02.2020 / 14:58

24-25 fevral tarixlərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Yevlax Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Yevlax Gənclər Evində “Azərbaycanın dövlət-din modeli: dünyəvilik” mövzusunda regional konfrans keçirilib. Tədbirdə DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Cahandar Əlifzadə, Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev, Yevlax Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Hümbət Əhmədov, "Həyat bilgisi" fənnini tədris edən müəllimlər, məktəb psixoloqları və rayonun aktiv gəncləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Yevlax Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Hümbət Əhmədov bu kimi marifləndirici seminarların təşkilinin əhəmiyyətini diqqətə çatdırıb. O bildirib ki, maarifləndirmə tədbirlərinin keçirilməsi milli-mənəvi dəyərlərin təbliği və təşviqində müstəsna rola malikdir. 

DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Cahandar Əlifzadə "Həyat bilgisi" fənninin tərkibində dini biliklərin verilməsi, şagirdlərin bu mövzu ilə bağlı məlumatlandırılmasının  önəminə toxunub.  Milli-mənəvi, həmçinin dini dəyərlərin əsas məqsədinin cəmiyyət, dövlət və ailə üçün faydalı olan, nümunəvi vətəndaş formalaşdırmaq olduğunu deyən şöbə müdiri dini radikallığın zəiflədilməsi və cəmiyyətimizdə tolerantlığın artırılması üçün dini maarifləndirmə işinin aparılmasının vacibliyini vurğulayıb. O, həmçinin qeyd edib ki, dini dözümlülük ənənələrinin və dini rəngarəngliyin əsaslarının qorunub saxlanılması Azərbaycanın dövlət siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir. Ölkəmizin sahib olduğu multikultural dəyərlərin beynəlxalq ictimaiyyətə çatdırılması, eyni zamanda tarix, mədəniyyət və dini abidələrin qorunub saxlanılmasına dəstəyin göstərilməsi də bu sahədəki siyasətin prioritet istiqamətlərindəndir.

Tədbirdə çıxış edən DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev dövlət-din münasibətlərinin tarixi köklərə söykəndiyini bildirərək bu gün Azərbaycanın regionda tolerantlıq nümunəsi olduğunu qeyd edib. Natiq Əfəndiyev DQİDK tərəfindən aparılan maarifləndirici tədbirlərin mahiyyətindən danışaraq bu kimi tədbirlərin gənclərin radikal təsirlərdən qorunmasındakı əhəmiyyətini vurğulayıb.

Regional konfrans işini müzakirələrlə davam etdirib.


Son baxılan xəbərlər

Nizami rayonunda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
30.04.2019 / 15:54
Ətraflı oxu

Şərq və Qərb mədəniyyəti anlayışına konseptual baxış

Multikulturalizm
15.01.2020 / 10:04
Ətraflı oxu

Xızıda “Dini təhsil, dini tərbiyə və dünyəvilik” mövzusunda tədbir keçirilib

Press-relizlər
04.06.2019 / 10:56
Ətraflı oxu

Qubada insan hüquqları aylığına həsr olunmuş tədbir keçirilib

Press-relizlər
10.06.2016 / 16:00
Ətraflı oxu

"Azərbaycan öz azadlığını qanı bahasına qazanıb" (Foto)

Xəbərlər
18.01.2013 / 15:00
Ətraflı oxu

Lənkəranda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
28.02.2019 / 16:43
Ətraflı oxu