Sumqayıt şəhərində Xocalı soyqırımının qurbanları yad edilib

Press-relizlər / 24.02.2020 / 12:32

Fevralın 23-də Sumqayıt şəhərində Xocalı soyqırımının qurbanları yad edilib. Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Rauf Sərdarov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin müdiri Yalçın Abdullayev, şöbənin əməkdaşları, Sumqayıt yəhudiləri dini icmasının sədri Boris Mixailovic Trepner, Həyat Sözü-2 dini icması və Sumqayıt yəhudiləri dini icmasının nümayəndələri iştirak ediblər.

Tədbirdə vurğulanıb ki, 1992-ci ilin fevral ayında Xocalının azərbaycanlı əhalisinə qarşı misli görülməmiş soyqırımı törədilib. Xocalı Soyqırımı kimi tanınan bu qanlı faciə nəticəsində minlərlə azərbaycanlı öldürülmüş və əsir götürülmüş, şəhər özü yerlə-yeksan edilib. Bildirilib ki, Xocalının yüzlərlə günahsız sakininin vəhşicəsinə qətlə yetirilməsi Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi ərazisində baş verən silahlı münaqişə zamanı törədilmiş ən qanlı cinayətlərdən biri idi. Ermənistan silahlı qüvvələri və xarici hərbi birləşmələr Xocalıdan və ətraf yerlərdən çıxa bilməmiş insanların demək olar ki, hamısını vəhşicəsinə qətlə yetiriblər.

 


Son baxılan xəbərlər

Dövlət Komitəsinin sədri Yəhudi Teleqraf Agentliyinə müsahibə verib

Xəbərlər
16.12.2019 / 16:40
Ətraflı oxu

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
27.12.2019 / 11:29
Ətraflı oxu

Balakəndə “Gənclərin dini radikalizm və onun fəsadlarından qorunması” mövzusu müzakirə edilib

Press-relizlər
11.04.2019 / 17:15
Ətraflı oxu

Dövlət Komitəsinin sədri “Həyat sözü” beynəlxalq kilsəsinin nümayəndələrini qəbul edib

Press-relizlər
01.09.2016 / 17:02
Ətraflı oxu

Ağdaşda “Gənclərin radikal təsirlərdən qorunması” mövzusunda tədbir baş tutub

Press-relizlər
17.05.2017 / 14:24
Ətraflı oxu

Prezident İlham Əliyev: “İşğal olunmuş ərazilərimizdə bütün məscidlər Ermənistan tərəfindən dağıdılıb”

Xəbərlər
28.10.2019 / 09:24
Ətraflı oxu