Press-relizlər / 22.02.2020 / 09:21
Fevralın 21-də İsmayıllı şəhər “Cümə” məscidində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsinin və İsmayıllı Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Elnur Mehdiyev, RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Murad Məhərrəmov, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndələri Vasif Teymurov və Qaya Xalıqov, din xadimləri və dini icma sədrləri iştirak ediblər.
Çıxışlarda Xocalı soyqırımı həqiqətlərinin daha geniş şəkildə yayılması məqsədilə din xadimlərinin dindarlar, xüsusilə gənclər arasında olan təbliğatında vətənpərvərlik mövzusuna əhəmiyyət verilməsinin vacibliyi qeyd edilib, faciədə uşaqlara, qadınlara, qocalara qarşı törədilən vəhşiliklərdən bəhs edilib və faciənin tək qətliam olmadığı, həm də milli-mənəvi dəyərlərimizə yönəlmiş dini təcavüz olduğu vurğulanıb.
Sonda vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhlarına dualar oxunub.