Beyləqanda “Gənclərin radikal dini təsirlərdən qorunması” mövzusunda tədbir keçirilib

Xəbərlər / 20.02.2020 / 15:51

Fevralın 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsi  və  Beyləqan Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə   Beyləqan şəhər 3  saylı  M. Mehdizadə adına  tam orta  məktəbdə  “Gənclərin radikal dini təsirlərdən qorunması”  mövzusunda  maarifləndirici  tədbir keçirilib.

Tədbirdə  DQİDK-nın  İmişli bölgə üzrə şöbəsinin  əməkdaşı   Bəhrəm Ədalət oğlu, Beyləqan  Rayon İcra Hakimiyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Tofiq  Məmmədov,   Beyləqan şəhər  3  saylı  M. Mehdizadə adına  tam orta məktəbin direktoru Hikmət Allahverdiyev, həmin məktəbin müəllimləri və şagirdləri  iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan 3 saylı tam orta məktəbin direktoru Hikmət Allahverdiyev gənclərin maarifləndirilməsi, milli-mənəvi dəyərlərimizin, ölkəmizdə mövcud olan tolerant mühitin qorunması və təbliğinin dini radikalizm meyllərinin qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.

DQİDK-nın İmişli bölgə üzrə şöbəsinin əməkdaşı Bəhrəm Ədalət oğlu dini radikalizmin yaranma səbəbləri, törətdiyi fəsadlar, radikal dini qrupların təbliğat metodları, eləcə də, dini fanatizm, mövhumat və xurafatın zərərləri haqqında danışıb. Natiq milli-mənəvi dəyərlərimizin və vətənpərvərliyin təbliğ edilməsinin dini radikalizmə qarşı mübarizədə mühüm əhəmiyyət kəsb etdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Beyləqan  Rayon İcra Hakimiyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının məsul katibi baş məsləhətçisi Tofiq  Məmmədov  gənclərin maarifləndirilməsi, onların milli mənəvi dəyərlərimizə bağlılığının qorunması, milli yaddaşın möhkəmlənməsi, ölkəmizdə mövcud tolerant mühitin qorunması və təbliği baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıb

Tədbirin sonunda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətinin məlumatı

Açıqlama
29.04.2019 / 19:37
Ətraflı oxu

Dövlət Komitəsinin əməkdaşları qanvermə aksiyasında iştirak ediblər

Xəbərlər
21.04.2020 / 12:42
Ətraflı oxu

Biləsuvarda dini ekstremizmə qarşı mübarizəyə həsr olunmuş tədbir keçirilib

Press-relizlər
17.02.2018 / 13:20
Ətraflı oxu

Sumqayıtda Xocalı soyqırımı qurbanları anılıb

Press-relizlər
26.02.2018 / 11:16
Ətraflı oxu

Səyyad Salahlı: “Dini radikalizmlə mübarizədə hər kəs, o cümlədən din xadimiləri fəal olmalıdır”

Press-relizlər
27.09.2019 / 12:00
Ətraflı oxu

Prezident İlham Əliyev Şamaxı Cümə məscidinin əsaslı bərpa və yenidənqurmadan sonra istifadəyə verilmə mərasimində ...

Xəbərlər
17.05.2013 / 17:43
Ətraflı oxu