Dövlət Komitəsi sədrinin birinci müavini Şirvanda vətəndaşları qəbul edib

Xəbərlər / 20.02.2020 / 12:21

Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2020-ci ilin fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu сədvəlinə uyğun olaraq Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı fevralın 20-də Dövlət Komitəsinin fəaliyyətinə və səlahiyyətinə aid məsələlərlə əlaqədar Şirvan şəhərində qəbul keçirib.

Görüşə gələn vətəndaşların müraciətləri, əsasən, dini icmaların fəaliyyəti, dini maarifləndirmə ilə əlaqədar icmaların layihələrinin maliyyələşdirilməsi, dini icmaların dövlət qeydiyyatına alınması və digər məsələlərlə bağlı olub. Vətəndaşlar Dövlət Komitəsi sədrinin birinci müavini tərəfindən şəxsən dinlənilib, problemlərinin böyük əksəriyyəti elə yerində həllini tapıb, digərlərinin mövcud qanunvericiliyə uyğun həlli üçün işlər görülüb.

Sakinlər göstərilən diqqət və qayğıya, bölgələrdə mütəmadi olaraq vətəndaşların qəbulunun təşkilinə, onların problemlərinə dövlət orqanları tərəfdən həssas yanaşılmasına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. 


Son baxılan xəbərlər

Dövlət Komitəsində görüş keçirilib

Xəbərlər
06.03.2020 / 15:04
Ətraflı oxu

Nardaranda dindarlarla görüş keçirilib

Press-relizlər
13.01.2016 / 17:15
Ətraflı oxu

“Bakı prosesi: dini icmalar və vəzifələr” mövzusunda konfrans keçirilib

Press-relizlər
25.06.2018 / 16:24
Ətraflı oxu

Mübariz Qurbanlı: Ermənilərin təmir bəhanəsi ilə “Yuxarı Gövhər ağa” məscidinə zərər vurması onların özününkiləşdirmə ...

Müsahibələr
07.10.2019 / 17:36
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində müşavirə keçirilib

Press-relizlər
14.08.2014 / 15:15
Ətraflı oxu

“Uşaqların mənəvi inkişafı: nəyi necə etməli?” mövzusunda tədbir keçirilib

Press-relizlər
06.11.2019 / 14:25
Ətraflı oxu