“Dini radikalizmlə mübarizədə elmin rolu” mövzusunda tədbir keçirilib

Press-relizlər / 19.02.2020 / 17:38

 

Fevralın 19-da Qax rayonu Zərnə kənd tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK), Qax Rayon İcra Hakimiyyətinin (RİH) və Qax rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə “Dini radikalizmlə mübarizədə elmin rolu” mövzusunda  tədbir  keçirilib. Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Tərlan Nəzərov, Qax RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Fərid Muradov, Zərnə kənd tam orta məktəbinin müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər.

Çıxışlar zamanı mövzunun əhəmiyyəti vurğulanaraq qeyd edilib ki, dini radikalizmlə mübarizədə ən təsirli metod gənclərin dərin biliklərə yiyələnməsidir. Eyni zamanda dini fanatizmin və dini radikalizmin mahiyyətindən danışılıb, belə mənfi halların cəmiyyətimizə və mənəvi dəyərlərimizə xələl gətirdiyi vurğulanıb. Gənclərimizin savadlı olmasının, geniş dünyagörüşünə sahib olmalarının yuxarıda sadalanan mənfi halların qarşısının alınmasında və sağlam gəncliyin formalaşmasında önəmli faktor olduğu bildirilib.

Sonda tədbir iştirakçıları mövzu ilə bağlı fikirlərini bildirib və onları maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Multikulturalizm azərbaycançılıq məfkurəsinin tərkib hissəsi kimi

Multikulturalizm
27.02.2016 / 10:23
Ətraflı oxu

Prezident İlham Əliyev Rusiyanın rəqəmsal inkişaf, rabitə və kütləvi media nazirini qəbul edib

Xəbərlər
03.12.2018 / 17:49
Ətraflı oxu

"Dini radikalizm və ekstremizmin yaranma, yayılma metodlarına qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib

Press-relizlər
24.01.2018 / 16:03
Ətraflı oxu

“Dini tolerantlıq dövlətin və cəmiyyətin inkişafında vacib amildir” mövzusunda beynəlxalq videokonfrans keçirilib

Xəbərlər
24.07.2020 / 17:21
Ətraflı oxu

Bakıda “Mənəvi dəyərlərin təbliği və dini icmalar” mövzusunda konfrans keçirilib

Press-relizlər
21.08.2018 / 15:06
Ətraflı oxu

“Milli mənəvi dəyərlərimiz: varislik və müasirlik” mövzusunda növbəti toplantı keçirilib

Press-relizlər
02.04.2015 / 18:54
Ətraflı oxu