
Press-relizlər / 19.02.2020 / 17:05
Fevralın 19-da Cəlilabad şəhəri 2 saylı tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi və Cəlilabad Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə "Narkomaniyanın mənəvi və fiziki zərərləri" mövzusunda seminar-treninq keçirilib.
Maarifləndirmə məqsədi daşıyan tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Tural Şahmarov, Cəlilabad Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Mübariz Quliyev, Cəlilabad şəhər 2 saylı tam orta məktəbin direktoru Səyyad Bağırov, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.
Çıxışlarda vurğulanıb ki, millətin sağlam həyat tərzi üçün təhlükənin yaranması narkotik maddələrin qəbulu və narkomaniyanın yayılmasıdır. Qeyd edilib ki, narkotik maddələrin qəbul edilməsi ilə insan fiziki, mənəvi və psixoloji cəhətdən məhv olur. Bildirilib ki, hazırda dünyada 2 milyondan artıq narkotik aludəçisi var ki, onların da çoxunu gənclər təşkil edir.
Seminar-treninqin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.