“Azərbaycanın dövlət-din modeli: dünyəvilik” mövzusundakı regional konfrans öz işini davam etdirib

Xəbərlər / 18.02.2020 / 16:40

Fevralın 18-də Salyan rayonunda “Azərbaycanın dövlət-din modeli: dünyəvilik” mövzusundakı regional konfrans öz işini davam etdirib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Salyan Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə keçirilən tədbirdə dini icmaların rəhbərləri, din xadimləri, ziyalılar və gənclər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov maarifləndirmə məqsədilə keçirilən konfransın əhəmiyyətindən, Salyandakı dini durumdan danışıb, rayonda qeydiyyatdan keçən dini icmalara fəaliyyət göstərmələri üçün lazımi şərait yaradıldığını bildirib. Milli-mənəvi dəyərlərimizin qorunmasının vacibliyini diqqətə çatdıran RİH başçısı dövlətin bu sahəyə qayğısını xüsusi vurğulayıb. Qeyd edib ki, dini-etiqad azadlığının təmin olunması, rayonda dini icmalar arasında qarşılıqlı əlaqələrin yüksək səviyyədə qurulması üçün lazımi tədbirlər həyata keçirilir.

DQİDK sədri Mübariz Qurbanlı Prezident İlham Əliyevin dövlət-din münasibətlərinə xüsusi həssaslıqla yanaşdığını, dini sahəyə xüsusi diqqət və qayğı göstərdiyini qeyd edərək, xalqımızın zəngin multikulturalizm ənənələrinin, milli-mənəvi dəyərlərinin  qorunub saxlanılması, təbliği və təşkili istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.

Mübariz Qurbanlı ölkəmizdə tarixən tolerantlıq mühitinin, dinlər arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətlərinin hökm sürdüyünü, dövlət-din münasibətlərinin zəngin milli, tarixi ənənəyə əsaslandığını və beynəlxalq hüquqi normalarla tənzimləndiyini bildirib. Qeyd edib ki, dini dözümlülük Azərbaycan xalqının milli təfəkküründə özünəməxsus yerə malikdir, ölkə ərazisində müxtəlif dini konfessiyaların nümayəndələri, eyni zamanda fərqli dünyagörüşünə malik insanlar bir-birinə müdaxilə etmədən sərbəst şəkildə yaşayırlar. Azərbaycanın tolerant ənənələrə malik özünəməxsus din modeli bu gün rasizmin, ekstremizmin və terrorun tüğyan etdiyi dünyada bir çox ölkə üçün əvəzsiz nümunədir.

Çıxışında ənənəvi İslam dəyərləri və çağdaş problemlərdən də ətraflı söz açan Komitə rəsmisi dünyada İslam dininin radikalizmə sürükləmə meyillərinin artmaqda olduğunu vurğulayıb. O, İslam dini haqqında yanlış məlumatların insanların düşüncələrində həqiqətə uyğun olmayan təsəvvür yaratdığını qeyd edib. Bəzi qüvvələrin dini radikalizm, müxtəlif dini xurafatlar vasitəsilə sonuncu səmavi dini gözdən salmaq niyyətlərində olduqlarını bildirib. Mübariz Qurbanlı bu baxımdan ənənəvi İslam dininin təbliğinin prioritet məsələlərdən olduğunu və maarifləndirmə tədbirlərinin mütəmadi şəkildə həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə çəkilmiş “Heydər Əliyev: dəyərlərimizin xilaskarı” sənədli filminin də nümayiş olunduğu konfrans mövzu ətrafında müzakirələrlə yekunlaşıb.


Son baxılan xəbərlər

Balakəndə 2020-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr edilmiş videokonfrans keçirilib

Press-relizlər
21.01.2021 / 16:33
Ətraflı oxu

Balakəndə maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
16.05.2019 / 17:20
Ətraflı oxu

Kürdəmirdə “İslam həmrəylik və birliyə çağırış dinidir” mövzusunda tədbir keçirilib

Press-relizlər
22.02.2018 / 15:18
Ətraflı oxu

İnsanlığa, gəncliyə və multikulturalizmə sevgi ilə...

Multikulturalizm
05.08.2016 / 14:02
Ətraflı oxu

Azərbaycan tarixində Heydər Əliyev imzası

Xəbərlər
12.07.2019 / 09:23
Ətraflı oxu

Sosial şəbəkələr: radikalların təlim poliqonu və ya “yıxılmamaq” üçün “qaçmağı” öyrənməyin vaxtıdır

Press-relizlər
22.01.2019 / 11:27
Ətraflı oxu