Lənkəranda maarifləndirmə tədbirləri təşkil olunub

Press-relizlər / 14.02.2020 / 16:51

Fevralın 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsi, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) və Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) birgə təşkilatçılığı ilə Lənkəran rayonunun Boladi, Şağlaser və Separadi kənd məscidlərində mənəvi dəyərlərin təbliği lə bağlı tədbirlər keçirilib.

Tədbirlərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, şöbənin əməkdaşı Emin Həmidli, Lənkəran ŞİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Asif İmanlı, QMİ-nin Lənkəran bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Qəni Axundzadə, eləcə də dini icma sədrləri, dindarlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxışlar zamanı xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasının və gənclər arasında təbliğ edilməsinin vacibliyi vurğulanıb. Dini dəyərlərimizin mənəvi dəyərlərimizin tərkib hissəsi olduğunu qeyd edən natiqlər bu baxımdan din xadimi və dindarların üzərinə mühüm vəzifələr düşdüyünü diqqətə çatdırıblar. Dini radikalizmə qarşı aparılan mübarizə tədbirlərindən bəhs edilib, vurğulanıb ki, gənclər arasında vətənpərvərliyin təbliğ edilməsi dini radikalizmə qarşı mübarizədə olduqca əhəmiyyətlidir.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
01.03.2018 / 09:18
Ətraflı oxu

Xətai rayonunda “Tolerantlıq-dinlər və millətlərarası dialoqun təminatçısıdır” mövzusunda tədbir keçirilib

Press-relizlər
12.11.2016 / 14:20
Ətraflı oxu

Yardımlıda "Narkomaniyaya qarşı mübarizədə din amili" mövzusunda tədbir keçirilib

Press-relizlər
10.10.2018 / 17:26
Ətraflı oxu

Dövlətçiliyin və müstəqilliyin etibarlı təminatçıları

Xəbərlər
23.09.2017 / 09:44
Ətraflı oxu

Şəkidə “Narkomaniya, erkən nikah, dini radikalizm və onun fəsadları” mövzusunda maarifləndirmə baş tutub

Press-relizlər
02.05.2018 / 12:34
Ətraflı oxu

Zərdabda "Aprel şəhidləri - Azərbaycan gəncliyinin qüruru" adlı maarifləndirici tədbir keçirilib

Press-relizlər
13.04.2018 / 17:21
Ətraflı oxu