Cəlilabadda "Gənclərin radikal təsirlərdən və zərərli vərdişlərdən qounması yolları" mövzusu müzakirə edilib

Press-relizlər / 14.02.2020 / 16:24

Fevralın 14-də Cəlilabad rayonu Privolnoye kəndində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi və Cəlilabad Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə "Gənclərin radikal təsirlərdən və zərərli vərdişlərdən qounması yolları"  mövzusunda seminar-treninq keçirilib.

Maarifləndirmə məqsədi daşıyan tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Tural Şahmarov, Cəlilabad Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Mübariz Quliyev, Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının Privolnoye kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ələsgər İmanov,  ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.

Çıxışlarda radikalizmin törətdiyi fəsadların qarşısının alınması və bu sahədə aparılan genişmiqyaslı tədbirlərdən söhbət açılıb. Dini radikalizmin və digər zərərli vərdişlərin, eləcə də erkən nikahların qaşısının alınmasında ailənin və təhsil müəssisələrinin üzərinə daha çox məsuliyyət düşdüyü qeyd edilib, gənclər arasında maarifləndirmə işinin aparılmasının vacibliyi vurğulanıb.

Seminar-treninqin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Səyyad Salahlı: “Minbər tribunadır, onu kənar adamlara vermək olmaz!”

Press-relizlər
06.09.2019 / 14:30
Ətraflı oxu

Salyanda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
24.01.2018 / 15:55
Ətraflı oxu

Gülənçilik (FETÖ) - mahiyyəti, məqsədi və fəaliyyət istiqamətləri

Xəbərlər
08.09.2016 / 15:10
Ətraflı oxu

Mübariz Qurbanlı: "Azərbaycanda tolerantlıq bir ənənədir"

Açıqlama
01.12.2016 / 13:13
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Dağ yəhudiləri dini icmasının üzvləri ilə görüşüb

Xəbərlər
04.11.2014 / 15:20
Ətraflı oxu

“Quran motivləri əsasında hekayələr” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Press-relizlər
12.05.2016 / 09:26
Ətraflı oxu