Hacıqabulda “Dini məzhəbçilik meyillərinin dini təhlükəsizliyə təsiri” mövzusunda seminar-müşavirə keçirilib

Press-relizlər / 13.02.2020 / 17:46

Hacıqabul Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə fevralın 13-də Hacıqabul rayonunda “Dini məzhəbçilik meyillərinin dini təhlükəsizliyə təsiri” mövzusunda seminar-müşavirə keçirilib.      

Seminar-müşavirədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin əməkdaşı, DQİDK və RİH-in həmçinin,  Sabirabad, Neftçala, Salyan rayonları və Şirvan şəhərinin icra və hüquq-mühafizə orqanlarının rəhbərliyi, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidmətinin vəzifəli şəxsləri iştirak ediblər.    

Tədbiri giriş sözü ilə açan Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov respublikamızda mövcud olan dövlət-din münasibətləri, dinlərarası dialoq, tolerantlıq sahəsində həyata keçirilən dövlət siyasətindən bəhs edib. Bu istiqamətdə Ümummilli Liderimiz Heydər Əliyev və Onun layiqli davamçısı Prezident İlham Əliyevin mühüm xidmətlərinə diqqət çəkib. R. Xəlilov, eyni zamanda dini radikalizmə, məzhəbçiliyə qarşı mübarizə aparılmasının, xüsusi ilə gənclərin milli-mənəvi dəyərlərəmizə sadiqlik ruhunda tərbiyəsinin zəruriliyi qeyd edib.

Daha sonra çıxış edən DQİDK sədrinin müavini Səyavuş Heydərov bildirib ki, dünyada dini zəmində, eləcə də məzhəblərərarası ədavət vasitəsilə ilə münaqişə ocaqları yaradılıb və gələcəkdə də yeni ocaqların yaradılması istisna deyil. Dini təhlükəsizlik problemlərinin gələcəkdə dünyada qlobal təhlükəsizlik problemlərinin əsasına çevrilməklə sivilizasiyaların, mədəniyyətlərin və dinlərin toqquşmasına gətirib çıxaracağı prosesinin başlandığını gözardı edə bilmərik. Dolayısıyla, dini təhlükəsizlik bir çox ölkələrin milli təhlükəsizliyinin əsas tərkib hissəsinə çevrilib. Xüsusilə İslam ölkələri hər gün yeni təhdidlərlə üzləşməkdədir. Təəssüf ki, bəzi dövlətlər islamofobiyaya qarşı mübarizə aparmaq əvəzinə, onun genişlənməsinə şərait yaradırlar ki, bu da gələcəkdə dünyada irqçiliyin, millətçiliyin, radikal meyillərin artmasına səbəb ola bilər. Bununla da həmin ölkələrin milli təhlükəsizlikləri üçün ciddi təhdidlər yarana bilər.

Komitə rəsmisi vurğulayıb ki, İslam dininin düzgün təbliğ edilməsi, İslam həmrəyliyi radikalizm və ekstremizmə qarşı mübarizə və reabilitasiyada ən effektiv vasitəsidir, xüsusilə məzhəbçilik və dini təhlükəsizlik problemlərinin həllinin açarıdır. Azərbaycanda dinin siyasiləşdirilməsi və məzhəbçilik yolverilməz hesab edilir. Ölkəmizdə bütün dinlərin və məzhəblərin nümayəndələri bir ailə kimi yaşayırlar. Bu birgəyaşayış başqaları üçün xəyal kimi görünsə də xalqımız bunu praktikada yaşamaqdadır. Biz həm dövlətimizin, həm də ölkəmizdə ictimai-siyasi sabitlik və təhlükəsizliyin qədrini bilməli, tarixən formalaşmış dəyərlərimizə sahib çıxmalıyıq.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin əməkdaşı Əliheydər Zülfüqarov çıxışında dövlət-din münasibətləri, dinə dövlət qayğısı, eyni zamanda məzhəbçiliyin yaratdığı fəsadlara toxunub. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda din sahəsində uğurlu siyasət həyata keçirilir. Etnik tərkibinin zənginliyinə görə respublikamız nadir ölkələrdəndir, Azərbaycanda dini etiqad azadlığı təmin edilir, müxtəlif dini konfessiyalar qarşılıqlı hörmət əsasında fəaliyyət göstərirlər.

Tədbirin əhəmiyyətinə toxunan Ə.Zülfüqarov cəmiyyətin ümumi vəhdətinə mənfi təsir edən məzhəbçiliyə qarşı mübarizədə maarifçiliyin əsas silah olduğunu deyib. O, dini maarifləndirmənin gücləndirilməsi, dinimizin düzgün şəkildə insanlara aşılanmasının bu kimi mənfi təzahürlərin qarşısının alınmasında ən güclü vasitə olduğunu diqqətə çatdırıb.

Daha sonra Baş Prokurorluğun nümayəndəsi Bəhruz Kərimov, Daxili İşlər Nazirliyinin məsul əməkdaşı Oqtay Tağıyev və Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Hüsnü Məmmədov çıxışlarında milli təhlükəsizliyə əsas təhdidlər, dini radikalizmə qarşı mübarizənin hüquqi əsasları, eləcə də bu istiqamətdə aparılan maarifləndirmə tədbirlərinin önəmindən danışıblar.

Sonda tədbir iştirakçılarının təklif və tövsiyələri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

 


Son baxılan xəbərlər

Nahid Məmmədov: “Məhərrəmliklə bağlı bizim əsas diqqətimiz bu mərasimlərin ölkə üzrə məscidlərimizdə Qafqaz Müsəlmanları ...

Müsahibələr
21.08.2019 / 09:35
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri: “Azərbaycanda din siyasi faktora çevrilə bilməz”

Müsahibələr
18.07.2017 / 15:08
Ətraflı oxu

Prezident İlham Əliyev Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması haqqında Fərman imzalayıb

Xəbərlər
11.10.2017 / 09:07
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı: "ABŞ Dövlət Departamentinin hesabatında Azərbaycanda dini azadlığa obyektiv yanaşma ...

Press-relizlər
12.06.2020 / 15:22
Ətraflı oxu

Vətənpərvərlik milli-mənəvi dəyərlərimizin və Azərbaycançılıq ideologiyasının əsas elementlərindən biridir

Press-relizlər
29.08.2018 / 11:24
Ətraflı oxu

Hərbi hissədə maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
17.10.2018 / 15:08
Ətraflı oxu