Gəncədə “Müasir reallıqlar kontekstində dövlət və din” mövzusunda tədbir keçirilib

Press-relizlər / 13.02.2020 / 15:56

11 və 12-si fevral tarixlərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Gəncə Şəhər İcra Hakimiyyətinin (ŞİH) birgə təşkilatçılığı ilə Gəncə şəhərində “Müasir reallıqlar kontekstində dövlət və din” mövzusunda ikigünlük seminar-müşavirə keçirilib.

Hüquq mühafizə orqanlarının əməkdaşları, din xadimləri, dini icma sədrləri, gənclər və ictimaiyyətin digər nümayəndələrinin iştirak etdikləri tədbiri giriş sözü ilə açan ŞİH başçısının müavini Vəfa Abbasova çıxışında ölkəmizdə formalaşan nümunəvi dövlət-din münasibətlərinin, dini sahədə sabitliyə nail olunmasının Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu deyib. Vəfa Abbasova onu da vurğulayıb ki, Gəncədə dini durum sabitdir.

Daha sonra çıxış edən DQİDK sədrinin birinci müavini Səyyad Salahlı qeyd edib ki, Azərbaycan dövlətinin həyata keçirdiyi dini siyasəti beynəlxalq ictimaiyyət müsbət qarşılayır, digər dövlətlərə model kimi tövsiyə edir. Bu da sübut edir ki, ölkə rəhbərliyinin müəyyənləşdirdiyi dövlət-din münasibətlərini tənzimləmə üsulu özünü tam doğruldur. Səyyad Salahlı vurğulayıb ki, bunu dini əqidəsindən asılı olmayaraq, bütün vətəndaşlarımız gündəlik həyatlarında da hiss edirlər.

Dövlət Komitəsi sədrinin birinci müavini onu da diqqətə çatdırıb ki, Azərbaycanın dövlət-din münasibətləri modeli digər ölkələrə nümunə göstərilir: “Azərbaycan dünyəvi dövlətdir. Yəni Konstitusiyamıza əsasən, din dövlətdən ayrıdır. Amma bu dövlətin dinə qarşı olduğu anlamına da gəlmir. Əksinə, beynəlxalq hüquq normalarına söykənən qanunlarımız millətindən asılı olmayaraq, hər bir vətəndaşın dini etiqad azadlığını tanıyır. Qanunla hər kəsə öz iradəsiylə istədiyi dini seçməyə və azad şəkildə ibadət etməyə icazə verilir”,-deyə S.Salahlı əlavə edib.

Gəncə Dövlət Universitetinin Humanitar fənlər kafedrasının müdiri Gülsüm Fətəliyeva, Azərbaycan Dövlət Aqrar Universitetinin prorektoru Anar Hətəmov, Gəncə Şəhər İH-nin əməkdaşı Həsən Məmmədov və digər tədbir iştirakçıları çıxışlarında mövzunun əhəmiyyətindən danışıblar. İkigünlük seminar-müşavirə müzakirələrlə başa çatıb.


 


 

 


Son baxılan xəbərlər

Dövlət Komitəsində italiyalı qonaqlarla görüş keçirilib

Press-relizlər
06.06.2016 / 15:33
Ətraflı oxu

Şamaxıda “Karantin dövründə dini icmaların fəaliyyəti” mövzusunda onlayn tədbir keçirilib

Xəbərlər
13.08.2020 / 16:00
Ətraflı oxu

Multikulturalizm yollarında: ədəbi-tarixi ənənələr və müasir dövr

Multikulturalizm
10.01.2017 / 09:32
Ətraflı oxu

Dövlət Komitəsi Kollegiyasının 2020-ci ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələrə həsr olunan ...

Xəbərlər
07.08.2020 / 15:51
Ətraflı oxu

“Mənəvi borc” filminin video formatda təqdimatı keçirilib

Press-relizlər
12.08.2020 / 16:22
Ətraflı oxu

Lənkəranda maarifləndirici tədbir keçirilib

Press-relizlər
13.02.2018 / 15:59
Ətraflı oxu