Dövlət Komitəsində görüşlər keçirilib

Xəbərlər / 10.02.2020 / 17:54

Fevralın 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı 09 fevral tarixində Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərini müşahidə etmək məqsədilə ölkəmizə səfər edən bir qrup siyasətçi və jurnalistlərlə görüşlər keçirib.

Görüşlərdə qonaqlara ölkəmizdəki nümunəvi dövlət-din münasibətləri, Konstitusiyada təsbit edilmiş vicdan azadlığı, dinlərarası harmoniya, ayrı-ayrı dinlər və konfessiyalar arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətləri haqqında, eləcə də bu münasibətlərin tənzimlənməsi sahəsində fəaliyyət göstərən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi barədə məlumat verilib.

Dövlət Komitəsinin sədri bildirib ki, Azərbaycan dünyəvi, demokratik, hüquqi dövlətdir və bu Konstitusiyada öz əksini tapıb. Ölkəmizdə 35-i qeyri-müsəlman təmayüllü olmaqla 941 dini icma dövlət qeydiyyatına alınıb, 2250-dən çox məscid, 14 kilsə, 7 sinaqoq fəaliyyət göstərir. Tarixən etnik-dini zənginliyi, tolerant və multikultural dəyərləri ilə seçilən Azərbaycan əhalisinin təxminən 96 faizini müsəlmanlar, 4 faizini xristianlar, yəhudilər, bəhailər, krişnalar və digər dinlərin mənsubları təşkil edirlər. Azərbaycanda pravoslav, katolik, lüteran və protestant, eləcə də tarixi Alban kilsəsinin mənsubları olan xristianlar yaşayırlar, həmçinin yəhudilər ölkəmizdə 8 icma ilə təmsil olunublar.

Görüş iştirakçıları ölkəmizdə keçirilən növbədənkənar parlament seçkilərinin mövcud qanunvericiliyə uyğun olaraq azad, demokratik, şəffaf şəraitdə keçirildiyini bildiriblər. Eyni zamanda, Azərbaycandakı dini rəngarənglik, multikultural və həmrəylik mühitinə heyranlıqlarını dilə gətirən qonaqlar dövlətimizin tarixən gələn tolerant dəyərlərin qorunması, təşviqi istiqamətində həyata keçirdiyi siyasəti təqdir etdiklərini qeyd ediblər.

Daha sonra Mübariz Qurbanlı qonaqların ölkəmizin nümunəvi din siyasətinin uğurları, ölkəmizi xarici yad ideologiyaların təsirindən qoruma yolları və dini radikalizmə qarşı mübarizə istiqamətində görülən işlər barədə suallarını cavablandırıb.

Sonda qonaqlara Dövlət Komitəsinin ingilis və rus dilində nəşr etdirdiyi, ölkəmizdəki dini tolerantlıq mühiti, dinlərin tarixi və maddi-mədəni irsimizə qarşı törədilən erməni vandalizmindən bəhs edən kitablar təqdim edilib.

Qeyd edək ki, görüşlərdə İsveçin “Nya Tider”, Fransanın L'Incorrect, Almaniyanın “Contact Magazine”, Polşanın “Mysl Polska”, İtaliyanın “II Sole 24”, Belçikanın “EU Observer” nəşrlərinin əməkdaşları, Polşa Parlamentinin üzvü Katarzina Ueberhan, Rusiya Dövlət Dumasından Ramin Qasımov və Dövlət Dumasındakı LDPR fraksiyasının rəhbərinin müşaviri Aleksey Bıçkov, “Dialogue for Europe” QHT-sinin rəhbəri Eli Hadzhieva iştirak ediblər.


Son baxılan xəbərlər

Sabirabadda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
14.11.2019 / 14:43
Ətraflı oxu

İSESCO ilə münasibətlər İslam həmrəyliyinin real nümunəsidir

İSLAM HƏMRƏYLİYİ İLİ
10.02.2017 / 09:30
Ətraflı oxu

Tərtərdə “Beynəlxalq Tolerantlıq Günü” münasibətilə tədbir keçirilib

Press-relizlər
15.11.2016 / 16:13
Ətraflı oxu

Masallıda "Dini radikalizm və narkomaniya ilə mübarizədə təhsilin rolu" mövzusunda tədbir keçirilib

Press-relizlər
03.06.2019 / 14:21
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri ilə görüşüb

Press-relizlər
16.10.2018 / 18:00
Ətraflı oxu

Dövlət Komitəsinin könüllüləri Dinşünaslıq ekspertizası şöbəsinin iş prinsipi ilə tanış olublar

Könüllü fəaliyyət
07.09.2020 / 15:32
Ətraflı oxu